BolgeXeber.Com » Xəbərlər » Fəzail Ağamalı Qarabağ əlilinin evini ziyarət etdi-FOTOLAR

Fəzail Ağamalı Qarabağ əlilinin evini ziyarət etdi-FOTOLAR

20-10-2015, 10:23
Oxunub: 4 011 Fəzail Ağamalı Qarabağ əlilinin evini ziyarət etdi-FOTOLAR60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı oktyabrın 19-da Qaraçala və Varlı inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirdi

Ana Vətən Partiyasının mətbuat xidmətindən Bolgexeber.com verilən məlumata görə, yüzlərlə seçicinin iştirakı ilə baş tutan görüşün əvvəlində namizədin səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov Fəzail Ağamalının son beş ildə millət vəkili kimi gördüyü işlərlə bağlı seçicilərə məlumat verdi.

Bildirildi ki, son beş il ərzində Fəzail Ağamalı ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib.

Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının (YAP) bir qrup üzvü də çıxış edərək, hakim partiyanın 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd irəli sürmədiyini və bunun Fəzail Ağamalıya yüksək etimadı kimi qiymətləndirildiyini bildirdilər.

Qeyd olundu ki, hazırda 60 saylı Salyan-Neftçala seçki dairəsində 40 minə yaxın əhali yaşayır ki, onların da mütləq əksəriyyəti Azərbaycan Prezidentinin yürütdüyü siyasəti dəstəkləyir.

Kənd ağsaqqallarından Aftandil Şərifova, Babayar Həsənov, kənd ziyalılarından İltifat Məmmədov, Faiq Zərbəliyev, Şaiq Qəhrəmanov, Nigar Məmmədova, təqaüdçü Balabəy Əliyev və digər şəxslər çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirərək, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və Fəzail Ağamalıya səs verməyə çağırdılar.

Görüşdən sonra Fəzail Ağamalı rayonun Çadırlı kəndində məskunlaşan və Qarabağ müharibəsi zamanı II qrup əlil olan Şəmsi Həsənovun dəvətilə onun yaşadığı evə baş çəkərək, şəraiti ilə tanış oldu.

F.Ağamalı müharibə əlilini əmin etdi ki, seçkilərdən sonra Şəmsi Həsənovun üzləşdiyi problemlərin həlli ilə əlaqədar müvafiq qurumlar qarşısında məsələ qaldıracaq və lazımı köməklik göstərilməsi üçün konkret addımlar atılacaq.

Görüşdə Fəzail Ağamalının vəkilləri – Qulu Novruzov, Xidmət Orucov, Yavər Hüseynov və Məmməd Heydərov iştirak ediblər.