BolgeXeber.Com » Xəbərlər » Goranboyda partlayış: Xəsarət alanlar var – VİDEO

Goranboyda partlayış: Xəsarət alanlar var – VİDEO

20-10-2015, 19:28
Oxunub: 3 301 Goranboyda partlayış: Xəsarət alanlar var – VİDEOFaktla bağlı araşdırma aparılır

Goranboyun Ağcakənd qəsəbəsində ailə faciəsi yaşanıb.

Bolgexeber.com Region TV-yə istinadən xəbər verir ki, Kənd sakini İnqilab Qasımova məxsus evdə qaz sızması partlayışa səbəb olub.

Nəticədə ailənin 4 üzvü - İnqilab Qasımov, həyat yoldaşı Şəbnəm Qasımova, övladları - 9 yaşlı Yaqut Qasımova və 8 yaşlı İsa Qasımov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar dərhal qonşuların köməyi ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, İnqilab Qasımovun vəziyyəti ağırdır. Şəbnəm Qasımovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hazırda yaralılar reanimasiya şöbəsində yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.