BolgeXeber.Com » Xəbərlər » Bakıda kişiyə amansız namus cəzası — fəryadına gələn olmadı + VİDEO

Bakıda kişiyə amansız namus cəzası — fəryadına gələn olmadı + VİDEO

21-10-2015, 12:04
Oxunub: 3 015 Bakıda kişiyə amansız namus cəzası — fəryadına gələn olmadı + VİDEOBakıda qanlı namus davası

Bakıda namus üstündə amansız dava düşüb. Bir neçə nəfər kişini başqasının arvadına sataşdığına görə ''cəzalandırıb''.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə bu gün axşam Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksində baş verib. Bir neçə nəfər orta yaşlı kişini təqib ediblər. Həmin şəxs də onlardan canını qurtarmaq üçün kompleksin ərazisindəki bərbərxanaya girib. Həmin şəxslər də onun arxasınca həmin salona daxil olublar. Lakin kişi onlara bıçaq çıxararaq müdafiə olunmaq və qaçmaq istəyib. Lakin həmin şəxslər bərbərxananın qapısını bayır tərəfdən bağlayaraq onun qaçmasına imkan verməyib, köməyə daha iki nəfər çağırıblar.
Daha sonra iki nəfər gələrək bərbərxananın şüşələrini sındıraraq içəri girib, həmin kişini döyə-döyə maşına basıb naməlum istiqamətə gediblər.

Onu da əlavə edək ki, davada iştirak edən cavan oğlanlardan biri ətrafa toplaşan insanlara həmin kişinin qardaşının arvadı ilə əlaqəsi olduğunu, ailəsini dağıtdığını deyib.

Hadişə şahidləri həmin mənzərəni anban videoya çəkərək göndərib. (Criminal.az)
Bolgexeber.com