BolgeXeber.Com » Xəbərlər » Binəqədidə yanan binanın "xilaskar"ı həbs edildi

Binəqədidə yanan binanın "xilaskar"ı həbs edildi

28-10-2015, 09:47
Oxunub: 2 898 Binəqədidə yanan binanın "xilaskar"ı həbs edildiMayın 19-da Bakının Binəqədi rayonunda yanan binada bir neçə nəfəri xilas etdiyini deyən Kamran Babayev həbs edilib

Bakı Şəhər Baş Polis İdarəsindən baku.ws-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, təkrar oğurluq) maddəsi ilə axtarışda olan Kamran Uğur oğlu Babayev saxlanılıb.

Saxlanılan şəxs mobil telefon oğurluğunda şübhəli bilinir. K.Babayevin məhkəməsi də olub. Məhkəmənin hökmü ilə onu 3 aya qədər azadlıqdan məhrum ediblər.

Xatırladaq ki, may ayının 19-da Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında yanğın olmuşdu. Həmin yanğında Kamran Babayev adlı şəxs 4 nəfəri yanğından xilas etdiyini bildrimişdi. Sonradan araşdırmalar zamanı onun yalan dediyi məlum olmuşdu.
Bolgexeber.com