BolgeXeber.Com » Xəbərlər » Ağalar Vəliyevin şirkəti camaatı aldadır - pulu ödəyə bilməyən vətəndaşlara hədə gəlinir
Ağalar Vəliyevin şirkəti camaatı aldadır - pulu ödəyə bilməyən vətəndaşlara hədə gəlinir
28-10-2015, 10:51
Oxunub: 1 349
Deputat Ağalar Vəliyevin himayəsində olan «Kristan Abşeron» şirkəti ilə alıcılar arasında ciddi narazılıq yaranmağa başlayıb
Tikinti şirkəti ilə vətəndaşlar arasında yaranmış narazılığın səbəbi qiymətlər olub.
Belə ki, tikinti şirkəti inşa etdiyi mənzillərin hər kvadratına yerinə uyğun olaraq qiymət qoyub. Ən ucuz yeri 600 manatdan, ən bahalı yerdə isə 1200 manatdan mənzil satan «Abşeron Kristal» ilkin mərhələdə müqaviləni manatla bağlasa da, bir müddət sonra alıcılarından ödənizi dollarla etməyi tələb edirlər.
JAM.AZ-a danışan şəxslər bildirirlər ki, müqavilə şərtlərində ödənişin dollarla olmasına dair heç bir bənd olmasa da, Ağalar Vəliyevin şirkətində devalivasiya ilə əlaqədar şərtlərin dəyişdiyinə dair alıcılara bilgi verilir. Nəticədə, ödənişlərdə təqribən 40 faizə qədər fərq yaranır.
«Kristal Abşeron»un müştəriləri bildirir ki, bu dəyişiklik nəticəsində onlar aldıqları mənzilin hər kvadrat metrində 200 manat pul itirirlər.
Bəzi iddialara görə, deputatlığa namizəd Ağalar Vəliyevin məsələdən xəbəri var. Hətta verilən məlumatda deyilir ki, pul yığılmasına Vəliyevin bialvasitə nəzarəti altındadır. Həmçinin ödənişlərdə problem yarandıqda onun xüsusi adamları, vətəndaşlar tərəfindən «qoçu dəstəsi» kimi xarakterizə edilən işçiləri işə qarışırlar. Yəni, onlar pulu almaq üçün vətəndaşın evinə gedərək, ödəniz etməsini tələb edirlər, əks təqdirdə, cəzalandıra biləcəkləri barədə xəbərdarlıq edirlər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər