BolgeXeber.Com » Xəbərlər » Nardaranda yeni həbslər: Vilayət Eyvazov hadisə yerində

Nardaranda yeni həbslər: Vilayət Eyvazov hadisə yerində

1-12-2015, 19:53
Oxunub: 2 847 Nardaranda yeni həbslər: Vilayət Eyvazov hadisə yerində"Vilayət Eyvazov bir qrup sakinlə söhbətində deyib ki, kənddə silahlar var. Onlar təhvil verilməlidir"

Bunu musavat.com-un Nardaranda olan reportyoruna Natiq Kərimov deyib.

Onun sözlərinə görə, Nardaran Ağsaqqallar Şurasının sədri həmin qrup siyahıda olanlar əməliyyat zamanı saxlanılanlar olub.

N.Kərimov deyib ki, hazırda kənddə xeyli sayda saxlanılan var.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Bolgexeber.com