BolgeXeber.Com » Xəbərlər » Tanınmış vəkil Adəm Məmmədov barəsində cinayət işi açıldı

Tanınmış vəkil Adəm Məmmədov barəsində cinayət işi açıldı

5-12-2015, 12:53
Oxunub: 4 997 Tanınmış vəkil Adəm Məmmədov barəsində cinayət işi açıldıVəkilin sözlərinə görə, haqqında cinayət işi açılmasına səbəb kimi onun guya "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevi döydüyü göstərilir

Vəkil Adəm Məmmədova cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, o, bu barədə özünün "Facebook" səhifəsində yazıb. Vəkil bildirib ki, Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Malik Səfərov ona zəng edərək barəsində cinayət işi açıldığını deyib.

Vəkilin sözlərinə görə, haqqında cinayət işi açılmasına səbəb kimi onun guya "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevi döydüyü göstərilir.

Hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun vəkili olan A.Məmmədovun ona cinayət işi açılmasının arxasında da məhz bu məqam yatır: “Bu işin araşdırılması zamanı müəyyən etdim ki, MTN şəbəkəsinin hələ açılmamış xeyli cinayətləri və müxtəlif nazirliklərin rəhbər vəzifələrində şəbəkənin daha neçə-neçə üzvləri də mövcuddur ki, hüquqlarını müdafiə etdiyim Vidadi Zeynalovun bunu istintaqa açıqlaması ona həyatı bahasına başa gələ bilər. Mən bu barədə üstüörtülü şəkildə mətbuata açıqlama verdim. Bundan bir neçə gün sonra Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, sizə qarşı cinayət işi başlanır, istintaqa gəlin: “5 ay əvvəl “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmisiniz””.

A.Məmmədov bildirib ki, 5 ay bundan öncə H.Vəliyevə qarşı apardığı bir məhkəmə prosesində baş redaktor tərəfindən söyülüb təhqir edildiyi və bütün bunlar aktlaşdırıldığı halda, adı çəkilən şəxsə yox, məhz ona cinayət işi açılmasının arxasında müvəkkili olduğu V.Zeynalovun MTN generalları barədə dediklərini üstüörtülü şəkildə mətbuata çıxarması dayanır.

Vəkil məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.

Bolgexeber.com