"MusicGallery"də endirim fırıldağı: Alıcılar aldadılır (FOTO)
18-12-2015, 18:00
Oxunub: 2 811
Gənc oğlan deyir ki, mağazalar bu cür kampaniyalarla satılmayan mallarını alıcıya ucuz qiymət adı ilə sırımağa çalışır
Bir ay öncə "MusicGallery"dən blender aldım. Qiyməti münasib olduğu üçün mağazanın adını yadımda saxladım ki, gələn dəfə gələndə də daha bir neçə yeni şey alım. Üstündən heç bir həftə keçməmiş yenidən həmin mağazaya getdim. Qapıda endirim kampaniyasını görəndə isə çox sevindim. Düşündüm ki, bu dəfə malları daha da ucuz qiymətə satırlar, amma içəri girəndə şok oldum. Bir həftə öncə mənim 55 manata aldığım blender indi 99 manata satışa qoyublar. 40% endirim adı ilə malı 59,9 manata, yəni əvvəlki qiymətindən baha satışa çıxarıblar".
Bu sözləri BAKU.WS-in əməkdaşı ilə söhbətində oxucumuz Cəmil Əlizadə söyləyib. Gənc oğlan deyir ki, mağazalar bu cür kampaniyalarla satılmayan mallarını alıcıya ucuz qiymət adı ilə sırımağa çalışır. Paytaxtda fəaliyyət göstərən bir neçə mağazada da bu cür hallarla rastlaşdığını deyən gənc, qanunsuz halların qarşısını almaq üçün ciddi tədbirlər görülməsini vacib sayır.
1993-ci ildə yaradılmış "MusicGallery" şirkəti hazırda müasir formatlı evləri məişət texnikası və elektronika ilə təchiz edən ticarət şəbəkəsinin ən qabaqcıl mağazalarındandır. Ancaq təəssüf ki, bu cür hallara əl atan şirkətlər qazanc əldə etsə də öz imicinə ciddi zərbə vurur.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu cür nöqsanlar və saxtakarlıqlar aşkarlandıqda lazımi ölçülər götürür. Dövlət Xidməti mağazanın pəncərəsində "Endirim” məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığını aşkar etdikdə qanunsuz reklamın yayımı dayandırır. Qanun pozuntusuna yol vermiş şirkət barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər