Daha bir neftçinin meyiti Türkmənistandan tapıldı
4-01-2016, 09:56
Oxunub: 3 817
Yanvarın 3-də «Günəşli» qəzasında itkin düşən neftçilərdən birinin də meyiti tapılıb.
Meyit Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumatda deyilir ki, Azərbaycanın Xəzəryanı ölkələrə müraciətindən sonra aparılan axtarışlar zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda «Kursor» gəmisi kişi cəsədi aşkar edib. Cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb.
Cəsədin üzərində olan xilasedici geyimində «Azneft» yazısı olub.
Meyitin kimə məxsus olması haqqında heç nə deyilmir.
FHN bildirir ki, bu haqda əlavə məlumat veriləcək.
Bundan əvvəl də - dekabrın 27-də itkin düşənlərdən birinin meyiti Xəzərin Türkmənistana aid hissəsində tapılmışdı.
Dekabrın 4-də «Günəşli» yatağında baş verən qəza nəticəsində 7 nəfər həlak olmuş, 23 nəfər itkin düşmüşdü. Hazırda itkin düşənlərdən 21-i axtarılır .
***
Bir qədər əvvəl Xəzərin Türkmənistan sularında daha bir neftçinin meyiti tapılıb.
Baku.ws-in Türkmənistandan əldə etdiyi məlumata görə, tapılan cəsədin əlamətləri 40 yaşının olması, başının keçəl və bığının olmasıdır. Neftçinin SOCAR-ın geyimində olduğu bildirilir. Onun üzərindən sənədlər çıxıb. Meyit hazırda Türkmənistanın Kiyanlı qəsəbəsinə aparılır.
Qeyd edək ki, bir qədər əvvəl daha bir neftçinin meyiti Türkmənistan sularında tapılmışdı Meyiti tapılan neftçinin Qasımov İman Şura oğlu olduğu məlum olmuşdu.
Xatırladaq ki, dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.
Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.
Axtarışları davam etdirilən şəxslər aşağıdakılar idi:
Bolgexeber.com
1. Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2. Rzaxanov Edik Rivazin o. 15.01.1983
3. Babazadə Tural Fətəli o. 01.09.1993
4. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
5. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
6. Qasımov Bayram Mirzəağa o. 20.03.1978
7. Abdullayev Adil Ələkbər o. 19,02,1953
8. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
9. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
10. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
11. Niyazov Seyfəddin Abil o. 09.02.1968
12. İskəndərov İnqilab Osman o. 29.11.1957
13. Mayborda Oleq Akimoviç 21.11.1971
14. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962
15. İbrahimov Xalid Bəşir o. 12.08.1971
16. Həsənov Zaur Vahid o. 24.12.1975
17. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
18. Hüseynov Bəhlul Sirac o. 25.11.1969
19. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
20. Xəlilov Zaur Arif o. 15.09.1975
21. Şahmarov Sahib Güloğlan o. 02.08.1973
22. Əliyev Əyyub Xəlil o. 22.07.1973
Bolgexeber.com
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər