BolgeXeber.Com » Xəbərlər » Cəlilabad şəhidi Röyal Nəsirov dəfn edildi-FOTO

Cəlilabad şəhidi Röyal Nəsirov dəfn edildi-FOTO

9-04-2016, 15:49
Oxunub: 5 954 Cəlilabad şəhidi Röyal Nəsirov dəfn edildi-FOTOŞəhidimiz dəfn olunarkən Silahlı Qüvvələrin əsgərləri havaya yaylım atəşi açmışlar

Şəhidin cənazəsi 09 aprel 2016-cı il tarixdə anadan olduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndinə gətirilmişdir.Şəhid Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində kəndində anadan olmuş, 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır.Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına Şəhid olmuşdur.Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,icra hakimiyyətinin kollektivi, hüquq mühafizə orqanları rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri və minlərlə rayon sakini iştirak etmişdir. Şəhidlə vida mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Röyal Nəsirovun xatirəsinin cəlilabadlıların qəlbində həmişə yaşayacağını bildirmişdir.Röyal Nəsirovun cənazəsi böyüyüb boya-başa çatdığı Məlikqasımlı kəndindəki yaşadığı evə gətirilmiş, Şəhidlə son vida mərasimi keçirilmiş və Şəhidin nəşi kənd qəbiristanlığında dəfn edilmişdir.Şəhidimiz dəfn olunarkən Silahlı Qüvvələrin əsgərləri havaya yaylım atəşi açmışlar.Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.Allah rəhmət etsin!
Bolgexeber.com
Cəlilabad şəhidi Röyal Nəsirov dəfn edildi-FOTO
Cəlilabad şəhidi Röyal Nəsirov dəfn edildi-FOTO
Cəlilabad şəhidi Röyal Nəsirov dəfn edildi-FOTO
Cəlilabad şəhidi Röyal Nəsirov dəfn edildi-FOTO
Cəlilabad şəhidi Röyal Nəsirov dəfn edildi-FOTO
Cəlilabad şəhidi Röyal Nəsirov dəfn edildi-FOTO