BolgeXeber.Com » Xəbərlər » Keçmiş polis işçisindən daha bir təklif

Keçmiş polis işçisindən daha bir təklif

12-04-2016, 11:06
Oxunub: 2 034 Keçmiş polis işçisindən daha bir təklifBalakişi Hüseynov: «Fəzaya buraxılacaq yeni süni peyk Ümumilli lider Heydər Əliyevin doğum gününə təsadüf etsin və həmin gün Azərbaycanda kosmonavtika günü kimi qeyd edilsin»

Balakişi Hüseynov: «Fəzaya buraxılacaq yeni süni peyk Ümumilli lider Heydər Əliyevin doğum gününə təsadüf etsin və həmin gün Azərbaycanda kosmonavtika günü kimi qeyd edilsin»

İstefada olan polis əməkdaşı Balakişi Hüseynov daha bir təkliflə çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edən sabiq polis əməkdaşı JAM.AZ vasitəsi ilə yazır ki, təsdiq edilmiş Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə "2010?2012?ci illər üçün Dövlət Proqramı" Ümumilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə” informasiya-komminikasiya texnologiyaları üzrə Milli stategiyasının hazırki mərhələsinin həyata keçirilməsi məqsədini daşıyır və mahiyyəti etibarı ilə 2005-2008-ci illərdə reallaşdırmış «Elektron Azərbaycan» Dövlət Proqramının davamıdır.

O qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda dövlət başçısı iki suni peykin orbitə çıxarılması üçün konkret tədbirlər görülməsinin vacibliyi vurğulayıb. «Azərbaycan Respublikasaının telekomnikasıya peyklərinin orbitə çıxarılması ilə bağlı RİTN-ə müvafiq tapşırıqlar verilmişdir və bu istiqamədə hal-hazırda ciddi hazırlıq işləri aparılır. Apardığımız uğurlu daxili və xarici siyasətin izləyicisi və vətəndaş kimi bu barədə dəfələrlə etdiyim müraciətlərin davamı olaraq bir daha xahiş edirəm ki, kosmik fəzaya buraxılacaq yeni süni peyk Ümumilli lider, müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu mərhum Heydər Əliyevin doğum gününə təsadüf etsin və həmin gün Azərbaycanda kosmonavtika günü kimi qeyd edilsin».

Balakişi Hüseynov daha sonra vurğulayıb ki, bundan qabaq etdiyi iki müraciətə görə heç bir müsbət cavab almayıb. «Xahiş edirəm cənab Prezident, bu arzunun reallaşmasında maneçilik göstərən bəzi məmurlar bu arzunun reallaşmasında maneçilik törətməsinlər. Belə bir arzunun reallaşmasının Dövlət başçısı kimi daima diqqətinizdə saxlayacağınıza tam əminəm».