Rövşən Lənkəranskinin "kassiri" tutuldu
12-04-2016, 14:29
Oxunub: 2 834
Rusiyanın Yekaterinburq şəhərində keçirilən əməliyyat zamanı “qara kassir” ləqəbli Mail Əliyev adlı azərbaycanlı saxlanılıb
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mail yerli “qanuni oğru”lara maliyyə yardımı edən şəxs olub. Belə ki, M. Əliyev Rövşən Lənkəranskiyə yaxın kriminal qruplaşmanın Ural regionundakı xəzinədarı kimi tanınır.
Bundan başqa həmyerlimiz qeyri-qanuni yolla əldə edilən pulları müxtəlif üsullarla rəsmiləşdirərək Türkiyəyə azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskiyə göndərirmiş.
Saxlanılan zamanı M.Əliyevin üzərindən 4, 5 milyon rubl pul götürülüb. Lakin o, pulu hardan aldığı barədə konkret məlumat verə bilməyib.
İlkin araşdırma zamanı məlum olub ki, ələ keçirilən pullar Yekaterinburqdakı qalmaqallı 4 saylı meyvə-tərəvəz bazasından yığılmış və “qara kassa”ya çatacaq pullar imiş.
Eyni zamanda onun 4 saylı meyvə-tərəvəz bazasında olan otağından müxtəlif firmalara məxsus olan peçatlar aşkar edilib. Mail həmçinin şəhərdə ən böyük “Taqanskiy Ryad” ticarət mərkəzindən daxil olan pullara da nəzarət edirmiş .
Hesab edilir ki onun bütün biznesi Lənkəranski tərəfindən idarə edilirmiş. Çünki bütün pullar ona göndərilirmiş.
Hazırda M. Əliyevlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət öncə şəhərdə hüquq mühafizə orqanları əməkdaşlarının restoranların birində keçirdiyi əməliyyat zamanı 200-dək azərbaycanlı saxlanılmışdı. Restoranda şəhərdəki iri ticarət obyektlərinə “baxan” seçilməliydi və bununla bağlı “qanuni oğru” Rövşən Lənkaranski Merab Suxumskini Yekaterinburqa göndərmişdi. Amma polislər bu təyinata mane olmuşdu.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər