BolgeXeber.Com » Xəbərlər » Salyan Telefon Qovşağında ŞOK yeyinti faktları – Yoxlama bitdi

Salyan Telefon Qovşağında ŞOK yeyinti faktları – Yoxlama bitdi

14-04-2016, 18:15
Oxunub: 2 410 Salyan Telefon Qovşağında ŞOK yeyinti faktları – Yoxlama bitdiYoxlamalar zamanı Faiq Nəcəfovun “ölü canlar” saxladığı da üzə çıxıb

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən qovulan, heç bir etimad göstərilməyən Tahir Kərimovun yaxın adamlarının fəaliyyəti ciddi yoxlanılır. Bizimxeber.az-a daxil olan məlumata görə, T.Kərimovun rayondakı qara işlərini həyata keçirən ən yaxın adamı və qohumu Salyan Telefon Qovşağının rəisi Faiq Nəcəfovun Telefon Qovşağında yoxlamalar demək olar ki bitib.
Əslində bu yoxlamalar hələ T.Kərimov icra başçısı olduğu zaman başlamışdı. Sonra icra başçısı dəyişikliyi ilə əlaqədar yoxlamalar dayandırılmışdı. Ötən ay isə yenidən yoxlamaya start verildi və artıq yekunlaşıb. Bizimxeber.az-a daxil olan məlumata görə, yoxlamalar zamanı külli miqdarda yeyinti və daha ciddi faktları aşkarlanıb.
Qohumu T.Kərimovun zamanında qılıncının sağı-solu kəsən Faiq Nəcəfov sən demə vergidən yayınırmış. Bu işləri T.Kərimovun Vergilər Nazirliyində olan yaxın adamı həyata keçirirmiş. Həmçinin Faiq Nəcəfov Salyanın kəndlərində yenilənmiş köhnə ATS-ləri də həzm-rabedən keçirib. Əli Abbasovun nazir olduğu zamanlarda rayonlarda ATS-lər elektronlaşdırıldı. Köhnə ATS-lər isə qeyb oldu. Bunları qeybə yollayan isə Faiq Nəcəfov olub.
Yoxlamalar zamanı Faiq Nəcəfovun “ölü canlar” saxladığı da üzə çıxıb. Kənd yerlərində fəaliyyət göstərən poçt filiallarında adı olub özü olmayan şəsxlər çalışıb ki, onların da əmək haqqı kartları F.Nəcəfovda olub. Yoxlamalar zamanı daha ciddi məqamlar da var ki, bu barədə yaxın günlərdə məlumat verəcəyik.
Bütün bunların fonunda yəqin ki, yaxın günlərdə Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə müvafiq əmr imzalayacaq. Və ya Faiq Nəcəfov həbs olunacaq…
Məlumat üçün qeyd edək ki, Faiq Nəcəfovun Salyanın mərkəzində yerləşən və hundur hasarla əhatə olunan villası ciddi müzakirə mövzusudur. Villanın yerləşdiyi torpaq sahəsi necə özəlləşdirilib? Villanın yerində dövlət balansında hansı bina olub? Onu T.Kərimovun göstərişi ilə necə söküblər? Özəlləşdirmə zamanı hansı şərləmələr həyata keçirilib? Bu barədə yaxın günlərdə…