BolgeXeber.Com » Xəbərlər » “Multikulturalizm həyat tərzimizdir” - Hacıqabulda tədbir

“Multikulturalizm həyat tərzimizdir” - Hacıqabulda tədbir

9-06-2016, 16:56
Oxunub: 3 002  “Multikulturalizm həyat tərzimizdir” - Hacıqabulda tədbirTədbirə başlamazdan əvvəl gələn qonaqlar rayon Mərkəzi kitabxanası və Tarix-Diyarşünaslıq muzeyi tərəfindən hazırlanmış “2016-cı il Multukulturalizm” ilidir adlı sərgi ilə tanış oldular

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 11 yanvar 2016–cı il tarixində 2016–cı ilin “Multikultiralizm ili elan olunması haqqında sərəncam imzalamışdır. Bununla əlaqədar olaraq Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən tədbirlər planı hazırlanaraq, müxtəlif silsilə tədbirlər həyata keçirilməkdədir. Belə tədbirlərdən biri də, 09.06.2016-cı il tarixində Hacıqabul şəhər Folklor klubunda rayonumuzda yaşayan azsaylı xalqların numayəndələri ilə keçirilən görüş olmuşdur. “Multikulturalizm həyat tərzimizdir” adlanan bu tədbirdə rayonumuzda yaşayan ləzgi, alman, rus, moldavan, avar, tatar, eston xalqlarının nümayəndələri iştirak etmişdir.
Tədbirə başlamazdan əvvəl gələn qonaqlar rayon Mərkəzi kitabxanası və Tarix-Diyarşünaslıq muzeyi tərəfindən hazırlanmış “2016-cı il Multukulturalizm” ilidir adlı sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov acaraq qeyd etdi ki, Azərbaycanda müxtəlif millətlərin, nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Respublikamızda müxtəlif dini ibadətgahların olması bunun bariz nümunəsidir.
Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva “Azərbaycan Multikulturalizim ölkəsidir”, 3 saylı tam orta məktəbin müəllimi Mübariz Xəlilov “Rayonumuzda yaşayan azsaylı xalqların nümayəndələri” , Mərkəzi kitabxananın işçisi Gülzadə Rəşidova “Multikulturalizm və ədəbiyyat” adlı çıxışlar etdilər.
Tədbirin bədii hissəsində şəhər Musiqi məktəbinin və 7 saylı tam orta məktəbin şagirdlərinin, “Fidanlar” uşaq bağçası körpələrinin ifalarında müxtəlif xalqların mahnı və rəqsləri, 4 saylı tam orta məktəbin şagirdlərinin ifalarında şeirlər səsləndirildi. Sonda Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin üzvlərinin tədbirin gedişatı zamanı çəkdikləri müxtəlif ölkələrin bayraqları nümayiş olundu.
Bolgexeber.com
 “Multikulturalizm həyat tərzimizdir” - Hacıqabulda tədbir
 “Multikulturalizm həyat tərzimizdir” - Hacıqabulda tədbir
 “Multikulturalizm həyat tərzimizdir” - Hacıqabulda tədbir