BolgeXeber.Com » Xəbərlər » AKP-dən ANS-in bağlanılmasına münasibət: "Çox sevindik"

AKP-dən ANS-in bağlanılmasına münasibət: "Çox sevindik"

19-07-2016, 18:59
Oxunub: 1 968 AKP-dən ANS-in bağlanılmasına münasibət: "Çox sevindik""ANS TV-nin bağlanmasını bu gün öyrəndik və çox sevindik. Kanalın bağlanması ilə bağlı qərar verən orqanlara dərindən təşəkkür edirəm"

Bolgexeber.com xəbər verir ki, bu sözləri vətəninfo.az-a Ədalət və Qalxınma Partiyasının (AKP) təsisçilərindən olan və hazırda partiyanın İstanbul bölgə şöbəsinin sədri vəzifəsini tutan Eyyub Tekin deyib.

Türkiyənin hakim partiyasınln rəsmisi ilk olaraq Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: "Budur qardaşlıq. Azərbaycan xalqını, yəni qardaşlarımızı sizlərin təxmin etdiyinizdən də daha çox sevirik. Çox xahiş edirəm ki, mənim bu səmimiyyətimə inanasınız. Azərbaycan dövlətinin Türkiyədə dövlət çevrilişinə cəhdi pisləməsi və xalq tərəfindən seçilən, hazırda dövlətin başında dayanan insanlara dəstək verməsi bizim üçün böyük bir hərəkətdir. Biz Azərbaycan prezidentinin bu addımını təkcə hazırda iqtidarda olan siyasi qüvvələrə verilən dəstək yox, eyni zamanda da türk xalqının demokratik təsisatların inkişafı istiqamətində ortaya qoyduğu mövqeyinə dəstək olaraq qəbul edirik. ANS TV-nın ABŞ-a sığınan FETO terror təşkilatının lideri Fətullah Gülənin müsahibəsini yaymaq istəyi bizləri doğurdan da təəssüfləndirdi. ANS gərək belə bir şeyə qol qoymayaydı”.

Qeyd edək ki, Eyyub Tekin 15 iyulda hərbiçilərin dövlət çevrilişinə cəhtində açılan atəş nəticəsində yaralanıb.