BolgeXeber.Com » Xəbərlər » Bərdədə hərbi-vətənpərvərlik mövzusunda tədbir proqramı-FOTO

Bərdədə hərbi-vətənpərvərlik mövzusunda tədbir proqramı-FOTO

10-10-2016, 16:07
Oxunub: 2 949  Bərdədə hərbi-vətənpərvərlik mövzusunda tədbir proqramı-FOTOSon günlər cəbhə xəttində ermənilərin törətdiyi təxribatlara baxmayaraq ordumuz düşmənə layiqincə cavab verir

Əlbəttə ki, bu da danılmaz faktdırki ordumuz bu gücü-qüvvəti yenilməz xalqımızdan alır. Vətən uğrunda mübarizə aparmaq bir Azərbaycan övladı kimi hərbirimizin şərəfli və müqəddəs borcudur. Daha qədimlərdən nəzər salsaq Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və qəhrəman vətən oğullarının vətən uğrunda nələrdən keçdiklərini sübut gətirə bilərik.
Hərb və əhali arasında hərbi vətənpərvərlik ruhunun dahada artırılması üçün Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi və şöbənin tabeliyində olan müəssisələr silsilə olaraq tədbirlər həyata keçirir. Beləki, Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Kələntərli kənd Mədəniyyət evi 09.10.2016-cı il tarixdə “Qalx ayağa Azərbaycan” adlı ədəbi-bədii kompozisiya proqramı təşkil etdi. Tədbirdə kənd əhalisi, gənclər, məktəb şagirdləri və müəllimlərlə yanaşı digər yerlərdəndə təşrif buyurmuş qonaqlar iştirak edirdi. Tədbir vətən uğrunda canlarından keçmiş qəhrəman vətən oğullarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra Bərdə rayon Təhsil şöbəsinin tabeliyində olan Kələntərli kənd tam orta məktəbinin direktoru Ələddin Alıyev çıxış edərək iştirakçıları vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etdi və məktəbdə bu sahədə görülmüş işlərdən geniş söz açdı. Tədbir Kələntərli kənd Mədəniyyət evinin təşkil etdiyi ədəbi-bədii kompozisiya proqramı ilə davam etdi.
Bolgexeber.com