BolgeXeber.Com » Xəbərlər » Sabah hava xeyli soyuyacaq, yağış yağacaq-XƏBƏRDARLIQ

Sabah hava xeyli soyuyacaq, yağış yağacaq-XƏBƏRDARLIQ

14-10-2016, 15:27
Oxunub: 2 151 Sabah hava xeyli soyuyacaq, yağış yağacaq-XƏBƏRDARLIQOktyabrın 15-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir

Bolgexeber.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu yarımadada gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 15-17-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, yağışlı, güclü küləkli olması və iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əlverişsizdir.