BolgeXeber.Com » Xəbərlər » Cəlilabadın icra başçısı 9 ayın HESABATINI VERDİ

Cəlilabadın icra başçısı 9 ayın HESABATINI VERDİ

14-10-2016, 18:15
Oxunub: 2 941 Cəlilabadın icra başçısı 9 ayın HESABATINI VERDİ14 oktyabr 2016-cı il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad rayonunun 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş rayon icra hakimiyyətinin başçısı yanında Şuranın yığınçağı keçirilmişdir

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Bolgexeber.com
xəbər verir ki, yığıncağı rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov açaraq toplantı iştirakçılarının salamlamış, 2016-cı ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki,Cəlilabad rayonunda iqtisadiyyatın bütün sahələri üzrə dinamik inkişaf təmin olunmuş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmişdir. Xüsusən aqrar bölməyə dövlət dəstəyinin gücləndirilməsi nəticəsində bitkiçilik və heyvandarlıq sahəsində uğurlu nəticələr qazanılmışdır.Ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq rayonun aqrar sektorunun aparıcı sahəsini təşkil edərək əhalinin çörəyə tələbatını ödəməklə yanaşı heyvandarlığın yemlə təmin olunmasında da mühüm rol oynayır. Buna görə də torpağın şumlanmasından başlayaraq biçilən məhsulun daşınmasına qədər bütün proseslər ciddi nizama salınmış, yeni texnikaların gətirilməsi, meliorasiya-irriqasiya işlərinin aparılması və aqrotexniki tədbirlərin optimal müddətdə görülməsi nəticəsində cari ildə də yüksək məhsuldarlığa nail olunmuş, zəmilər qısa müddət ərzində və heç bir itkiyə yol verilmədən biçilmişdir. Nəticədə, rayon üzrə 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir istehsal edilmiş və rayon əhalisinin tələbatından da artıq məhsul tədarük olunmuşdur.Bundan başqa, kənd əməkçiləri 3300 ton noxud, 586 ton mərci,103221 ton kartof, 1223 ton tərəvəz, 9550 ton qarğıdalı, 496 ton bostan məhsulları və 8445 ton üzüm istehsal etmişlər.Eyni zamanda payızlıq əkin üçün zəruri aqrotexniki tədbirlər görülmüş, 1,9 min hektar vələmir, 2,3 min hektar noxud, 4,0 min hektar kartov, 437 hektar mərci, 305 hektar qarğıdalı, 294 hektar bostan və 125 hektar tərəvəz əkilmişdir. Yaxın günlərdə isə taxıl əkininə başlanılacaqdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında yaradılan “Avanqard” MMC-nin iri toxumçuluq təsərrüfatının ilkin fəaliyyəti gözlənilən səmərəni vermiş, 1060,0 hektar taxıl sahəsinin hər hektardan 35 sentner məhsul götürülərək 3710 ton keyfiyyətli məhsul istehsal olunmuşdur.Bu il Sabirabad, Təzəkənd, Günəşli Qarazəncir, Əliqasımlı və Alar kəndlərinin ərazisində 426 hektar sahədə pambıq əkilmiş, əlverişsiz hava şəraitinə baxmayaraq indiyədək 273,5 ton yüksək keyfiyyətli məhsul toplanmışdır. Hazırda yığım sürətlə davam etdirilir. Doqquz ay ərzində “Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən 2785 kənd təsərrüfatı məhsulları istehsalçısına 70 faiz güzəştlə 2,5 min ton azot, 1,6 min ton digər torpaqaltı gübrələr və 6,9 min herbisidlər satılmışdır. Nümayəndəliyin istifadəsində olan 36 kombayn 14 min hektardan çox taxıl sahəni biçərək biçinin qısa müddətdə başa çatmasına mühüm dəstək olmuşdur.Bu müddət ərzində mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və davamlı baytarlıq tədbirləri nəticəsində heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı artmışdır. Belə ki, qaramalın sayı 99378 başa, davarların sayı 122962 başa, quşların sayı 862893 başa çatdırılmış, 16,9 min ton ət,79,9 min ton süd və 27,9 milyon ədəd yumurta istehsal edilmişdir. Həmçinin, lizinq yolu ilə rayona 68 baş cins mal-qara gətirilmiş, 1906 baş inək süni mayalandırılmışdır. Əhalinin artım tempi, əkinəyararlı torpaq sahələrinin məhdudluğu, ərzaq məhsullarına tələbatın ödənilməsi mövcud torpaqlardan səmərəli istifadə olunmasını və bu sahəyə nəzarətin gücləndirilməsini tələb edir. Son statistik məlumatlara görə, rayonumuzda kənd təsərrüfatı təyinatlı torpaqların 26502 hektarı, əkin torpaqlarının isə 764 hektarı yararsızdır. Biz yararsız torpaqların əkin dövriyyəsinə daxil edilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların, xüsusən qış otlağı və örüş torpaqlarının təyinatının və kateqoriyasının dəyişdirilməsi üçün davamlı tədbirlər görməliyik.Ölkə başçısının tapşırığına əsasən regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, emal və infrastruktur müəssisələrinin yaradılması üçün

ardıcıl iş aparılır. Belə ki, Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexi fəaliyyətə başlamış, Muğan kəndində gündə 5 ton bitki yağı istehsal edən müəssisənin tikintisi tamamlanmış, Uzuntəpə kəndində 50,0 hektar ərazidə balıqçılıq təsərrüfatı yaradılmışdır. Hazırda Türkiyənin “Sutkar” Şirkəti tərəfindən südlük-ətlik istiqamətli 500-1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin tikintisi davam etdirilir. Göytəpə şəhərinin ərazisində çiyələk emalı müəssisəsinin yaradılması üçün Türkiyənin müvafiq şirkəti ilə razılaşma əldə edilmişdir. Bütün bunlar ərzaq məhsulları istehsalının artırılmasına, yerli malların xarici bazarlara çıxarılmasına və yeni iş yerlərinin açılmasına əlverişli şərait yaratmışdır. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə indiyədək 1802 iş yeri açılmışdır ki, onun da 247-si daimidir. İlun əvvəlində keçirilən əmək yarmarkasında əhaliyə 692 vakant iş yeri təklif olunmuşdur. İş üçün müraciət edənlərdən 110 nəfərə kommunal müəssisələri kombinatında, 199 nəfərə Cəlilabad və Göytəpə şəhərlərində çoxmənzilli binaların təmirində, 168 nəfərə rayon qaz istismarı xidmətində, 14 nəfərə meliorasiya və su təsərrüfatı idarəsində, 32 nəfərə meşə mühafizəsi və bərpası müəssisəsində, 8 nəfərə rayon paylayıcı elektrik şəbəkəsində, 9 nəfərə dəmir yolunda, 25 nəfər rayonun sahibkarlıq strukturlarında işə qəbul edilmişlər. Sahibkarlara hərtərəfli kömək göstərilməsi və onların huquqlarının qorunması rayon icra hakimiyyətinin fəaliyyətində əsas yerlərdən birini tutmuşdur. Yaradılmış əlverişli şəraitdən istifadə edən hər bir sahibkar rayonun iqtisadi potensialının möhkəmləndirilməsinə öz töhfəsini verir və ya əhaliyə ticarət, məişət və nəqliyyat xidməti göstərir. Rayon icra hakimiyyəti və bələdiyyələr sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaq və tikinti aparmaq barədə hər bir müraciəti diqqətlə araşdırır və qanunamüvafiq qaydada həll edir. Bütün bunların nəticəsidir ki, 2016-cı ilin doqquz ayında hər hansı bir qanun pozuntusu barədə sahibkarlar tərəfindən rayon icra hakimiyyətinin Apelyasiya Şurasına heç bir müraciət daxil olmamışdır. Tikinti-abadlıq işləri və kənd yollarının təmiri birinci yarımildə də davam etdirilmişdir. Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işinə gündəlik nəzarət edilməsi nəticəsində içməli su şəbəkəsi üzrə 98 faiz, su magistral xətti üzrə 97 faiz, kanalizasiya şəbəkəsi üzrə 94 faiz, kollektor xətti üzrə isə 94 faiz iş görülmüşdür. Eyni zamanda şəhərin 31 küçəsinə çınqıl, 3 küçəsinə isə asfalt döşənmişdir.Bu il Cəlilabad şəhərində Heydər Əliyev Fondu hesabına hər biri 100 yerlik 3 uşaq bağçası-körpələr evi istifadəyə verilmiş, İncilli kənd ümumi orta məktəbinin tikintisi başa çatdırılmışdır. Həmçinin yarımçıq qalmış Cəlilabad-Soltankənd avtomobil yoluna, Günəşli kəndinin isə bütün küçələrinə asfalt döşənmiş, kənd investisiya proqramı çərçivəsində Muğan, Komanlı, Şatırlı, Kövüzbulaq Üçtəpə, Kazımabad, Günəşli və Şiləvəngə kənd inzibati ərazi dairələrində kənddaxili yolların təmiri başa çatdırılmış, digər kənd yaşayış məntəqələrində isə 300 kilometrdən çox yola çınqıl tökülmüşdür. Həmçinin Cəlilabad şəhərindəki 14 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunmuş, imkansız və əlil olan Xanım Qənbərova üçün Cəlilabad şəhərində fərdi yaşayış evi tikilmişdir. Hazırda Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri inşa edilir.Doqquz ay ərzində Uzuntəpə kəndində yeni yarımstansiya tikilmiş, Cəlilabad şəhərində, Alar, Uzuntəpə, Seyidbazar, Qarazəncir və Suluçeşmə kəndlərində 9 yeni transformator quraşdırılmış, Göytəpə şəhərində, Qarazəncir, Uzuntəpə, Kazımabad, Maşlıq və Cəlayir kəndlərində 19,9 kilometr SİP kabel çəkilmişdir. Eyni zamanda 78 yararsız transformator əsaslı təmir olunmuş, 1142 ədəd metal və dəmir-beton dayaq basdırılmış, 8000 metr yararsız naqil dəyişdirilmiş, abonentlərə və büdcə təşkilatlarına 4209 ədəd yeni sayğac quraşdırılmış, 1758 qüsurlu sayğac yenisi ilə əvəz edilmiş, 7732 sayğac möhürlənmişdir. Şəbəkə üzrə elektrik enerjisi haqqının yığımı 75,2 faiz icra olunmuşdur ki, bu da keçən ilin eyni dövründəkindən 6,5 faiz çoxdur.Lakin görülən işlərlə kifayətlənmək olmaz. Hazırda istismarda olan 2150 kilometr elektrik hava xəttinin, transformatorların və elektrik dirəklərinin bir qismi yararsız vəziyyətdədir. Abonentlərin 1500-dən çoxu qüsurlu sayğacdan istifadə edir. Bütün bunlar əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına və elektrik enerjisi haqqının tam yığılmasına mane olur. Əhalinin qaz təchizatının yaxşılaşdırılması və itkilərin azaldılması məqsədilə Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən Cəlilabad şəhərində 2750, Göytəpə şəhərində 320 paqonmetr yeni qaz kəməri çəkilmiş, Göytəpə şəhərində 198 abonent təbii qazla təmin edilmişdir. Eyni zamanda Əliqasımlı, Komanlı, Həziabad, Ağdaş, Sərhədabad,

Əliabad, Məşədivəlli, Maşlıq və Privolnoye kəndlərinə təbii qaz verilişi bərpa olunmuş, daha 4500 ailə mavi yanacaqla təmin edilmişdir.Bütün bunlara baxmayaraq Cəlilabad şəhərinin əhalisinə təbii qaz yenə də norma daxilində verilmir. Şəhərin Cavadxan küçəsi istiqamətindəki yeni yaşayış massivində yaşayan 130-dan çox ailənin indiyədək təbii qazdan istifadə etməməsi də haqlı narazılığa səbəb olur. Bununla əlaqədar rayon icra hakimiyyətinə və digər orqanlara çoxsaylı şikayətlər daxil olmaqdadır. 2016-cı il iyunun 16-da keçirilən buraxılış imtahanlarında IX sinif şagirdləri 48,5 faiz, XI sinif şagirdləri isə 44,1 faiz nəticə göstərmişlər. Beləliklə, ötən illə müqayisədə IX siniflər üzrə 9 faiz, XI siniflər üzrə isə 3,1 faiz irəliləyiş olmuşdur.Bu il rayon üzrə 318 məzun ali məktəblərə qəbul olmuşdur ki, onun da 11-i 600-dən çox, 58-i isə 500-dən çox bal toplamışdır. Təhsil sahəsində qazandığı uğurlara görə Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Fərqanə Məmmədova “Tərəqqi” medalı ilə təltif olunmuşdur.Hazırda rayon üzrə 5 şəhər və 3 kənd sahə xəstəxanası, 28 həkim və 40 tibb məntəqəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə çalışan 177 həkim və 538 orta tibb işçisi əhalinin sağlamlığı keşiyində durur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon əhalisinin 86441 nəfəri müayinədən keçirilmişdir ki, onun da 14214 nəfəri uşaqdır. Müayinə zamanı müxtəlif xəstəliklər aşkar edilən 9411 nəfərin bir qismi rayonda, digər qismi isə Bakı şəhərində ixtisaslı müalicəyə cəlb olunmuşlar. Doqquz ay ərzində 16 həkim və 92 orta tibb işçisi ixtisasartırma kursuna göndərilmiş, 20 həkimə isə sertifikat verilmişdir.Doqquz ay ərzində rayon mədəniyyət və turizm şöbəsi tərəfindən əlamətdar günlər və bayramlar münasibətilə ümumrayon tədbirləri keçirilmişdir. Gənclərin mənəvi tərbiyəsi, peşə vərdişlərinə yiyələnməsi və istedadlarının üzə çıxarılması məqsədilə Heydər Əliyev Mərkəzinin, uşaq incəsənət məktəbinin, tarix - diyarşünaslıq muzeyinin, rəsm qalereyasının və digər mədəniyyət müəssisələrinin imkanlarından səmərəli istifadə edilmişdir. Kitab fondunun və muzey eksponatlarının zənginləşdirilməsi üçün əlavə tədbirlər görülmüşdür.Qəzalı vəziyyətdə olan Cəlilabad şəhər 1 saylı klub və Novruzallı kənd kitabxanası üçün yeni binaların tikintisinə başlanılmışdır.Rayonun gəncləri olimpiya-idman kompleksinin, şahmat məktəbinin, mərkəzi stadionun və digər idman qurğularının imkanlarından səmərəli istifadə edərək uğurlu nəticələr qazanmışlar. Belə ki, 1 beynəlxalq turnirdə 5, 7 respublika birinciliyində 74 və 5 zona birinciliyində 122 idmançımız iştirak etmiş və layiqli yerlər tutmuşlar. Həmişə olduğu kimi, doqquz ay ərzində vətəndaşların müraciətlərinə və sənədlərlə işə prioritet məsələ kimi baxılmış, əvvəllər mövcud olan nöqsanların aradan qaldırılması üçün əsaslı tədbirlər görülmüşdür. Aparata daxil olan 868, rəsmi qəbullarda irəli sürülən 169 və yerlərdə keçirilən səyyar qəbul-görüşlərdə səslənən 215 müraciətin hamısına diqqətlə yanaşılmış,qaldırılan problemlər hərtərəfli araşdırılmış və onların həlli maksimum təmin edilmişdir.Məlum olduğu kimi, sentyabrın 26-da Azərbaycan Respublikası Konustutusiyasına əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar referendum (ümumxalq səsverməsi) keçirilmişdir.Ölkəmizin inkişafı,dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən referenduma Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilə birlikdə yüksək hazırlıq görülmüş,təşkilati-texniki işlər vaxtında başa çatdırılmış,təqvim planında nəzərdə tutulan bütün tədbirlər ardıçılıqla yerinə yetirilmişdir.Bütün bunların nəticəsidir ki, rayon üzrə 98899 seçicinin 70939-u və ya 71,7 faizi səsvermədə iştirak etmiş və onların mütləq əksəriyyəti dəyişiklikləri dəstəkləmişdir. Referendumu müşahidə edən bütün xarici və yerli təşkilatların nümayəndələri səsvermənin demokratik və şəffaf keçdiyini,heç bir kənar müdaxiləyə və qanun pozuntusuna yol verilmədiyini etiraf etmişlər. Bu isə Azərbaycanın bütün vətəndaşları kimi rayonumuzun əhalisinin də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətini bəyəndiyini və bu siyasətin alternativsiz olduğunu sübut edən ən bariz nümunədir.Ötən dövrün nəticələri deməyə əsas verir ki, 2016-cı ildə qarşıya qoyulmuş bütün vəzifələr icra ediləcəkdir. Bunun üçün isə hər bir dövlət orqanı və sahibkarlıq subyekti daha səylə çalışmalı, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.İcazə verin, rayonumuzun ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi möhkəm əmin edim ki, ölkə iqtisadiyyatının möhkəmləndirilməsi və qarşıya qoyulmuş vəzifələrin vaxtında icra edilməsi üçün bundan sonra da bütün qüvvələrimizi səfərbərliyə alacağıq.Tədbirdə çıxış edənAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov rayonda pambıq yığımının vəziyyəti ilə bağlı tövsiyyələrini verdi, pambığın itkisiz və vaxtında toplanması zamanı yarana biləcək problemlərlə bağlı mülkiyyətçilər və fermerlərin təkliflərini dinlədi.Tədbirdə rayon təhsil şöbəsinin müdiri Elminaz Nadirova və rayon xəstəxanasının baş həkimi İlham Əliyev hesabat məruzələri ilə çıxış etdilər.
Cəlilabadın icra başçısı 9 ayın HESABATINI VERDİ
Cəlilabadın icra başçısı 9 ayın HESABATINI VERDİ