BolgeXeber.Com » Xəbərlər » Vüsal Novruzovun əlində hansı tanınmışların gizli videoları var? - GÖMRÜK GENERALININ KOMPROMAT EHTİYYATI

Vüsal Novruzovun əlində hansı tanınmışların gizli videoları var? - GÖMRÜK GENERALININ KOMPROMAT EHTİYYATI

5-12-2016, 12:10
Oxunub: 6 152 Vüsal Novruzovun əlində hansı tanınmışların gizli videoları var? - GÖMRÜK GENERALININ KOMPROMAT EHTİYYATIÖlkə mediasında adı hər zaman qalmaqallarda hallanan məmurlardan biri də Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdur

Həmçinin paytaxtın baş gömrükçüsü mətbuata ən qapalı məmurlar sırasındadır. Həmçinin general ın rəqibləri ilə münasibəti ilə bağlı da ilginc iddialar var. Bununla bağlı Anaxeber.az-a ötürülən məlumat kifayət qədər maraqlıdır.

Məlumatlı mənbənin redaksiyamıza ötürdüyü məlumata görə, Vüsal Novruzov sabiq ABU rektoru Elşad Abdullayevlə eyni şakərə malikdir. Belə ki, gömrük generalı da otağında keçirdiyi görüşləri, söhbətləri gizli şəkildə lentə aldırır. Mənbənin məlumatına görə gizli çəkilişə hədəf olanların dairəsi kifayət qədər genişdir: “Bu çəkilişlərdə tanınmış ictimai-siyasi şəxslər, iş adamları, hətta yüksək vəzifə tutan hökumət adamları da var. Söhbətlərin mövzusu da rəngarəng və genişdir. Burda siyasi mövzular, ayrı-ayrı oliqarxların kapitalları və digər mübhəm məsələlər danışılıb”.

Vüsal Novruzov da Elşad Abdullayev kimi çəkilişlərini komplektləşdirib. Mənbənin bildirdiyinə görə bu çəkilişlər və onların toplanması yalnız həvəskarlıqla bağlı deyil: “ Gömrük generalı bütün gizli çəkilişlərini həm də kompromat, özünü müdafiə vasitəsi kimi saxlayır. Əgər V.Novruzova və onun təmsil olunduğu komandaya hər hansı bir təhlükə hiss edilərsə bu videolar mediaya ötürülə bilər. Yəni Elşad Abdullayev videosilsilələrinin yenidən təkrarlanması mümkündür.”

Mənbənin məsələ ilə bağlı Anaxeber.az-a ötürdüyü məlumatlarda diqqət çəkən məqamlardan biri də, gizli çəkilişlərdən Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun da xəbər dar olmasıdır.