BolgeXeber.Com » Xəbərlər » Nazir “Aztelekom”a yeni rəhbər təyin etdi

Nazir “Aztelekom”a yeni rəhbər təyin etdi

2-12-2016, 14:47
Oxunub: 2 437 Nazir “Aztelekom”a yeni rəhbər təyin etdiRabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Aztelekom” MMC-yə yeni baş direktor təyin edib

Nazirlikdən daxil olan xəbərə görə, nazirin əmri ilə Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Paşayev bu ilin may ayından “Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, bundan əvvəl “Aztelekom”un baş direktoru “Rabitə işi” ilə bağlı hazırda həbsdə olan Məhəmməd Məmmədov olub.