Göygöldə "KredAqro" ölünü məhkəməyə verdi - Mərhumdan 2300 pul tələb edildi...
2-12-2016, 15:45
Oxunub: 2 105
Ölüm haqqında şəhadətnamə təqdim olunandan sonra "KredAqro”dan bildiriblər ki, artıq məsələ həllini tapıb və sığorta şirkəti 1900 manat sığortapulunu ödədiyinə görə artıq kimsə mərhumun ailəsindən hər hansı ödəniş tələb etməyəcək
Göygöl rayonundan Moderator.az-a bir şikayət məktubu daxil olub.Məktub müəllifi üzləşdikləri problemin ictimailəşdirilməsini və müvafiq qurumlardan məsələyə münasibət bildirilməsinə yardımçı olmağımızı xahiş edir.
Belə ki, Verdiyev Firdovsi Cahangir oğlu 20 fevral 2015-ci ildə Gəncədə "KredAqro” bank olmayan kredit təşkilatından 2 min manat kredit götürüb. 5 ay müntəzəm olaraq kredit faizlərini ödədikdən sonra F. Verdiyev rəhmətə gedib. Onun vəfatı ilə bağlı həmin təşkilata məlumat verilib və ölüm haqqında şəhadətnamə də təqdim edilib.
F. Verdiyevin götürdüyü kredit "Alfa Sığorta” şirkəti tərəfindən sığorta olunub. Ölüm haqqında şəhadətnamə təqdim olunandan sonra "KredAqro”dan bildiriblər ki, artıq məsələ həllini tapıb və sığorta şirkəti 1900 manat sığortapulunu ödədiyinə görə artıq kimsə mərhumun ailəsindən hər hansı ödəniş tələb etməyəcək.
Amma üstündən 7-8 ay keçəndən sonra "KredAqro” F. Verdiyevi Göygöl rayon məhkəməsinə verərək ondan 2300 manat ödəniş tələbi ilə iddia qaldırıb. F. Verdiyevin həyat yoldaşı da bir suala cavab istəyir ki, "KredAqro” hansı haqla və məntiqlə ölüdən pul istəyir?
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər