BolgeXeber.Com » Xəbərlər » Midamət Sadıqov istefaya gedir - KÖNÜLLÜ

Midamət Sadıqov istefaya gedir - KÖNÜLLÜ

5-12-2016, 13:10
Oxunub: 3 874 Midamət Sadıqov istefaya gedir - KÖNÜLLÜ"Deyəsən əvvəllər rektor işləmiş Mirdaməd müəllimin əsəbləri tab gətirmir. Gərginlik var. Gələn ildən də İsmayıllının maliyyələşməsində ciddi sıxıntılar yaşana bilər. Buna görəmi, ya başqa bir səbəb başçını istefa ərizəsi yazmağa vadar edib"

İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqovla bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Rayondakı mənbə DİA.AZ-a bildirir ki, RİH rəhbəri M. Sadıqov yaxın günlərdən vəzifəsindən uzaqlaşdırılacaq.

Mənbənin dia.az-a açıqlamasında yer alan iddialarına görə, bununla bağlı başçı tərəfindən "yuxarılara" müraciət edilib:

"Deyəsən əvvəllər rektor işləmiş Mirdaməd müəllimin əsəbləri tab gətirmir. Gərginlik var. Gələn ildən də İsmayıllının maliyyələşməsində ciddi sıxıntılar yaşana bilər. Buna görəmi, ya başqa bir səbəb başçını istefa ərizəsi yazmağa vadar edib".

İqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib.

M.Sadıqov elə həmin ildə insititutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilib.

O, indiyədək müxtəlif vəzifələrdə çalışıb. Sadıqov 1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildə Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi”nin icraçı direktoru olub

1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib.

M.Sadıqov 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.

2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub.

2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışıb.

2008-ci il noyabr ayının 21-dən Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.

M.Sadıqov prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildən İsmayıllının icba başçısıdır.
Ailəlidir 4 övladı var.

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com