BolgeXeber.Com » Xəbərlər » Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər

Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər

6-12-2016, 13:29
Oxunub: 2 665 Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlərNoyabrın 28-30-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə “İnternetdən terrorçuluq məqsədləri üçün istifadə edilməsinin qarşısının alınması və mübarizə sahəsində təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilmişdir

Baş Prokurorluğun Bolgexeber.com-a verilən məlumata görə ABŞ, Rusiya, Qazaxıstan, Niderland, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Anar Məmmədov və Baş Prokurorluğun idarə prokuroru Alim Cəbrayılov təmsil etmişlər.
Konfransın keçirilməsində məqsəd transmilli cinayətlərin istintaqı zamanı mərkəzi orqanlar arasında beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur.
Tədbir çərçivəsində terrorçuluq məqsədilə internetdən istifadə edilməsi ilə bağlı cinayət işləri, həmin cinayətlərin istintaqı zamanı əməliyyat məlumatlarının və sübutların toplanılması, xarici ölkələrdən elektron sübutların alınması və internetdən terrorçuluq məqsədilə istifadə edilməsinin qarşısının alınması mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyəti tərəfindən qarşılıqlı hüquqi yardım haqqında vəsatətlərin icrası zamanı xarici dövlətlərdən alınan və digər ölkələrə göndərilən sübutlar, eyni zamanda müzakirə edilən digər məsələlər ətrafında geniş məlumat verilmişdir.
Tədbir çərçivəsində maraq doğuran suallar müzakirə edilmişdir.
Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər