BolgeXeber.Com » Xəbərlər » Eldar Mahmudov “06” ilə avtoşluq edirdi

Eldar Mahmudov “06” ilə avtoşluq edirdi

6-12-2016, 15:11
Oxunub: 1 769 Eldar Mahmudov “06” ilə avtoşluq edirdi“Azərbaycan kiçik ölkədir, çox şey hamıya məlumdur. Mən Eldar Mahmudovu hələ tələbəlik vaxtlarından tanıyıram”

Oxu.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay söyləyib.

Onun sözlərinə görə, Eldar Mahmudov tələbəlik illərindən sakit adam olmayıb: “O, Xalq Təsərrüfatı Universitetində oxuyurdu. Gənc vaxtlarındakı fəaliyyətini də bilirdik. Tələbəlikdən sakit adam olmayıb, “06”larla avtoşluq edirdi. Daxili İşlər Nazirliyində işləyəndə də onun əməllərini bilirdik”.