“Reklam haqqında” qanuna dəyişiklik edildi
7-12-2016, 20:22
Oxunub: 1 994
Azərbaycan Prezidenti İlham Əliyev “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb
Bolgexeber.com-un məlumatına görə, dəyişikliyə əsasən, 32.1-ci maddəsinin birinci cümləsinə “müəyyən edilmiş” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən” sözləri əlavə edilir:
“32.1. İdman mərc oyunlarının, lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) reklamının sifarişçisi qismində müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş idman mərc oyunlarının operatoru və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş lotereya təşkilatçısı çıxış edir. Reklam bilet və kuponların üzərində yerləşdirilə bilər”.
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli fərmanının ləğvi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanının 2.10-cu bəndi aşağıdakı redaksiyada verilir:
“2.10. həmin Qanunun 32.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir;”.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər