BolgeXeber.Com » Xəbərlər » “Qarabağ”ın futbolçusu qəza törətdi — 6 aylıq körpə öldü

“Qarabağ”ın futbolçusu qəza törətdi — 6 aylıq körpə öldü

8-12-2016, 11:17
Oxunub: 3 292 “Qarabağ”ın futbolçusu qəza törətdi — 6 aylıq körpə öldüBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Əmircan qəsəbəsində Emin Babayevin idarə etdiyi "BMW X5" markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobillə "Mercedes 180" markalı, 10 RB 542 avtomobil toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı və onun qucağında olan 2016-cı il təvəllüdlü oğlu Xalid Bağırov xəsarət alıblar. X. Bağırov xəstəxanaya aparılarkən ölüb.

Bolgexeber.com bildirir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə isə qəzanı tanınmış futbolçu, "Qarabağ"ın qapıçısı Emil Balayev törədib.

Hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib. Belə ki, qolkiperin idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurub.

"Mercedes"də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb.