BolgeXeber.Com » Xəbərlər » Amerikanın birinci astronavtı vəfat edib

Amerikanın birinci astronavtı vəfat edib

9-12-2016, 13:36
Oxunub: 1 761 Amerikanın birinci astronavtı vəfat edibOrbital kosmik uçuşu həyata keçirən ABŞ-ın ilk astronavtı Con Qlenn 96 yaşında ölüb

Oxu.Az xəbər verir ki, bu barədə Ohayonun qubernatoru Con Keysik öz “Twitter” hesabında yazıb.
İlk Orbital kosmik uçuşu Con Qlenn 1962-ci ildə həyata keçirib.
Con Qlenn 1962-ci ilin fevral ayının 20-də Yuri Qaqarin və German Titovdan sonra orbital kosmik uçuşu həyata keçirən üçüncü şəxs idi. Bundan sonra astronavt ABŞ-ın milli qəhrəmanı adını alıb.
Qlenn “Merkuri” seriyasından olan bir nəfərlik kosmik gəmilərdə uçan son amerikalı kosmonavtlardan idi. 1998-ci ildə o, “Diskaveri” şattlında uçub, bununla da kosmosda olan ən yaşlı adam adını qazanıb. Həmin vaxt onun 77 yaşı var idi. Con Qlenn həmçinin Ohayo ştatını ABŞ Senatında təmsil edib.