BolgeXeber.Com » Xəbərlər » Səfər Əbiyevdən qalma problem... - İşin içində MTN-çilərin də adı keçir...

Səfər Əbiyevdən qalma problem... - İşin içində MTN-çilərin də adı keçir...

10-12-2016, 10:18
Oxunub: 2 280  Səfər Əbiyevdən qalma problem... - İşin içində MTN-çilərin də adı keçir...Sabiq müdafiə naziri Səfər Əbiyev Müdafiə Nazirliyinin balansında olan ərazilərin bir hissəsini tikinti şirkətlərinə satması ilə bağlı mətbaut dəfələrlə həyəcan təbili çalıb

Səfər Əbiyev hələ nazir işlədiyi zamanlarda ehtiyatda olan həbçilər onu korrupsiyada ittiham edərək, hərbi hissələrin ərazilərini satmaqda günahlandırmışdı. Həmin ittihamların birində qeyd olunurdu ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitaldan yuxarıda sol tərəfdə yanaqcaqdoldurma məntəqəsi vardı:
"Səfər Əbiyev yanacaqdoldurma məntəqəsinin sahibini məhkəməyə verərək, əsas gətirdi ki, oradan hərbi hospital görünür. Orada da hal hazırda çoxmərtəbəli yaşayış binası tikilib”.
AzToday.az-ın apardığı araşdırmalar nəticəsində məlum oldu ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının ərazisində həmin binanı tikən əslən İmişli rayonundan olan Əvəz Şükürov adlı iş adamıdır. Bu iş adamının adı Qeyd edək ki, mediada Əvəz Şükürovun adı MTN-in İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevlə birgə hallanır. Belə ki, Əvəz Şükürovun adı mediada MTN generalının tikinti biznesinini idarə edən şəxs kimi təqdim olunub.
«İdarə rəisi Azərbaycanda əsasən tikinti və restoran biznesi sahəsində böyük uğurlar əldə edib. Daha dəqiqi, Mövlan Şıxəliyev əslən İmişli rayonundan olan Əvəz Şükürovla biznes ortağı olaraq, tikinti sahəsinə də ciddi nüfuz edərək, böyük pullar qazanıb. Onun hətta ölkə xaricində də böyük biznesi var. Həmin biznesə də Əvəz Şükürov vasitəsilə nəzarət edir. Bundan əlavə, adıçəkilənlər Almaniya və Türkiyədə də cox bahalı evlər alıblar və hər iki ölkədə də qonşudurlar.
Mənbə idarə rəisinin Əvəz Şükürova olan sonsuz etibarını təsdiq edən digər bir maraqlı faktı da açıqlayıb:
«Mövlan Şıxəliyev Əvəz Şükürovla o qədər yaxın və etibarlı biznes şəriki olub ki, onun oğlunu da yanına işə götürmüşdü. Daha doğrusu, Əvəz Şükürovun oğlu Bayram Şükürov MTN-nin tabeliyindəki hərbi hissələrdən birində xidmət etsə də, M.Şixəliyev qanunlara məhəl qoymadan onu özünün köməkçisi və nazirlikdəki "kassiri" kimi işlədib. Bundan başqa, Əvəz Şükürovün ikinci oğlu Rəmzi Şükürov MTN-nin Baş İdarə rəisi Akif Covdarovun Milli Məclisdə işləyən oğlu ilə birgə calişir. Deyilənə görə, bu cütlük də dinc duran deyillər. Onların da adı müxtəlif qanun pozuntularında hallanıb...».
Məlumatlı şəxs deyir ki, Mövlan Şıxəliyev o qədər irəli gedib ki, MTN-nin İmişli rayon şöbəsini rəisi Azər Səlimovu öz peşəsindən daha cox, Əvəz Şükürovun İmişlidəki biznesinin keşikçisi kimi fəaliyyət göstərməyə məcbur edib. Yəni dövlətin maraqları bunlar üçün bizneslərini qorumaqdan ibarət olub" - deyə mediada yayılan məlumatlarda bildirilir.
Maraqlıdır ki, müdafiə naziri Zakir Həsənov hərbi hospitalın ərazisinin zəbt edilməsinə və çoxmərtəbəli binanın tikilməsinı laqeyd qalır. Halbuki həmin ərazinin hospital üçün çox strateji əhəmiyyəti var. Sovetlər zamanında binanın tikildiyi ərazidən hospitala ağır xəsarət almış hərbçilərin gətirilməsi üçün helikopter meydançası varmış. Bu baxımdan qanunsuz tikilən yaşayış binası ilə bağlı təcili tədbirlər görülməlidir...
 Səfər Əbiyevdən qalma problem... - İşin içində MTN-çilərin də adı keçir...
 Səfər Əbiyevdən qalma problem... - İşin içində MTN-çilərin də adı keçir...