BolgeXeber.Com » Xəbərlər » İcra başçısının köməkçisi yol qəzasında öldü

İcra başçısının köməkçisi yol qəzasında öldü

10-12-2016, 10:59
Oxunub: 1 930 İcra başçısının köməkçisi yol qəzasında öldüGoranboyda ağır yol qəzası baş verib

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

“NİVA” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində “Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və “VAZ21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən “Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.