BolgeXeber.Com » Xəbərlər » “Səbət” marketdə ikili qiymət fırıldağı - FOTO

“Səbət” marketdə ikili qiymət fırıldağı - FOTO

12-12-2016, 09:20
Oxunub: 2 523 “Səbət” marketdə ikili qiymət fırıldağı - FOTONərimanov rayonunda yerləşən ” Səbət” supermarketindən alınan kolbasanın vitrin qiyməti kassa qiyməti ilə fərqli olub

Manatın devalvasiyasından sonra bəzi supermarketlərdə ikili qiymətləndirmə prosesi müşahidə edilir. Yəni malların üzərində olan qiymətlərlə kassa qiyməti üst-üstə düşmür. Bu da alıcını mədəni surətdə aldatmaq lazımdır. Yəni göz başqa qiymət görür, cibdən başqa məbləğ çıxılır.
Shefeq.az saytına oxucu şikayəti daxil olub. Belə ki, Nərimanov rayonunda yerləşən ” Səbət” supermarketindən alınan kolbasanın vitrin qiyməti kassa qiyməti ilə fərqli olub. Alıcı bu barədə narazılığını bildirsə də, alıcıya ” istəmirsənsə geri qaytara bilərsən” deyə malı geri qaytarmağı məsləhət görüblər.
Malın və kassa çekinin fotosunu təqdim edirik.
Qarşı tərəfi mövqeyini yayınlaya bilərik.
“Səbət” marketdə ikili qiymət fırıldağı - FOTO