BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldı

Cəlilabadda Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldı

12-12-2016, 13:40
Oxunub: 2 754 Cəlilabadda Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldıMüstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il ötür

Bu illər ərzində xalqımız öz Liderini bir an belə unutmamış, hər zaman onu qürur hissi ilə yad etmişdir. Çünki Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynamışdır. Respublikamız öz dövlət müstəqilliyi üçün məhz Ümummilli Liderimizə borcludur. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün qlobal işlər gördü.Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır.Dekabrın 12-də respublikamızın hər yerində olduğu kimi, Cəlilabad da Ulu Öndərin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Heydər Əliyev Xatirə parkında,Göytəpə şəhərində Heydər Əliyev adına park bulvarda,Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbin həyətində Ümummilli Liderin abidəsini ziyarət etdi və abidənin önünə təzə-tər gül dəstələri qoydu.Sonra İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri abidənin önünə gül dəstələri düzdülər.Bütün gün ərzində Heydər Əliyev Xatirə parkında, Göytəpə şəhərində Heydər Əliyev adına park bulvarda,Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbin həyətində Ulu Öndərin əzəmətli abidəsi önünə gül-çiçək dəstələri qoyuldu, Dahi Rəhbərin əziz xatirəsi ehtiramla və məhəbbətlə yad edildi.”Tut bağı” şadlıq evində rayon ictimaiyyəti üçün 500 nəfərlik ehsan süfrəsi açıldı, ruhuna dualar oxundu.
Bolgexeber.com
Cəlilabadda Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldı
Cəlilabadda Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldı
Cəlilabadda Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldı
Cəlilabadda Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldı