BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov rektorun kürəkənini rəis təyin etdi

Ramil Usubov rektorun kürəkənini rəis təyin etdi

23-01-2017, 12:36
Oxunub: 1 816 Ramil Usubov rektorun kürəkənini rəis təyin etdiDaxili İşlər naziri, general polkovnik Ramil Usubov daha bir kadr dəyişikliyi edib

Daxili işlər naziri, general polkovnik Ramil Usubov daha bir kadr dəyişikliyi edib.

Bolgexeber.com Mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi, polkovnik Azər Sadıqov tutduğu vəzifədən kənarlaşdırılıb.

R.Usubovun digər əmri ilə Azər Sadıqov DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinə rəis gətirilib.

Məlumat üçün bildirək ki, Azər Sadıqov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun kürəkənidir.