BolgeXeber.Com » Xəbərlər » DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini kim icra edəcək?

DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini kim icra edəcək?

25-01-2017, 10:28
Oxunub: 1 973 DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini kim icra edəcək?Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb

Oxu.Az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən məlumat verilib.

“Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb”, - deyə DİN-dən bildirilib.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.