BolgeXeber.Com » Xəbərlər » Keçmiş rəis müavini özünü 8-ci mərtəbədən atdı

Keçmiş rəis müavini özünü 8-ci mərtəbədən atdı

25-01-2017, 11:20
Oxunub: 2 645 Keçmiş rəis müavini özünü 8-ci mərtəbədən atdıPaytaxtda intihar olub

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

O, yerindəcə ölüb.

Saytın əldə etdiyi məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

İntiharın səbəbləri araşdırılır.