BolgeXeber.Com » Xəbərlər » Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı İŞDƏN QOVULDU

Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı İŞDƏN QOVULDU

25-01-2017, 13:48
Oxunub: 1 930 Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı İŞDƏN QOVULDUBu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan sosial şəbəkələrdə yayılıb.