BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda məşhur psixoloq kəmərlə boğaraq özünü öldürdü-ŞOK (VIDEO)

Azərbaycanda məşhur psixoloq kəmərlə boğaraq özünü öldürdü-ŞOK (VIDEO)

26-01-2017, 09:26
Oxunub: 2 777 Azərbaycanda məşhur psixoloq kəmərlə boğaraq özünü öldürdü-ŞOK (VIDEO)Psixoterapevt Dəyanət Rzayev intihar edib

Ailə üzvlərinin verdiyi məlumata görə, onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.

D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.

O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu" qeyd edib.

Hadisə yerinə Yasamal rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.

D. Rzayevin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, D. Rzayev 1971-ci ildə anadan olub.

00:47

Psixoloq Dəyanət Rzayev intihar edib.
O, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə boğub. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub.

Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən lent.az-a təsdiqləyiblər. Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.