BolgeXeber.Com » Xəbərlər » Mark Zukerberq prezident olmaq istəmədiyini deyib

Mark Zukerberq prezident olmaq istəmədiyini deyib

26-01-2017, 11:52
Oxunub: 1 819 Mark Zukerberq prezident olmaq istəmədiyini deyib“Facebook” sosial şəbəkəsinin qurucusu və başçısı Mark Zukerberq ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılmış məlumatları şayiə adlandırıb

Gənc milyarder bildirib ki, hazırda onun daha vacib işləri var.

Virtualaz.org “Federal Xəbərlər Agentliyi”nə istinadən xəbər verir ki, 32 yaşlı sahibkar seçkilərdə iştirak etməkdənsə, bütün qüvvəsini “Facebook”un inkişaf etdirilməsinə yönəltməyi üstün tutduğunu qeyd edib.

Onun sözlərinə görə, hazırda həyat yoldaşı ilə birgə təsis etdiyi “Chan Zuckerberg Initiative” adlı xeyriyyə fondunun işləri ilə məşğuldur.