BolgeXeber.Com » Xəbərlər » Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi

Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi

26-01-2017, 12:33
Oxunub: 4 024 Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdiPsixoterapevt Dəyanət Rzayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunda ekspertizadan keçirildikdən sonra yuyulmaq üçün məscidə aparılıb

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, ekspertizanın yekun nəticəsi 10 gündən sonra məlum olacaq.

Yaxınlarının dediyinə görə, D.Rzayev həyat yoldaşından rəsmi qaydada ayrılıb. Onların bu nikahdan 2 övladı var.

“O, ikinci dəfə ailə qurmağa hazırlaşırdı”, - deyə yaxınlarından biri bildirib.

Onun asifiksiya, yəni kəskin tənəffüs çatışmazlığı nəticəsində həyatını itirdiyi müyyənləşib.

Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev ötən gecə yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.