BolgeXeber.Com » Xəbərlər » Hərracda tələb ödənilməsə, dollar 2 manatı keçəcək – AÇIQLAMA

Hərracda tələb ödənilməsə, dollar 2 manatı keçəcək – AÇIQLAMA

27-01-2017, 12:01
Oxunub: 2 154 Hərracda tələb ödənilməsə, dollar 2 manatı keçəcək – AÇIQLAMASon valyuta hərraclarında bankların dollara tələbatı ödənilmədiyi üçün manat ucuzlaşmaqda davam edir

Hazırda banklarda və “qara bazar”da dolların alışı 1.92-.193 manat, satışı isə 1.96-1.97 manat səviyyəsindədir. Bu gün keçiriləcək valyuta hərracının nəticəsindən aslı olaraq dollar gözlənilən 2 manatlıq psixoloji həddi keçə bilər.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, növbəti 2-3 valyuta hərracında dollara olan tələbat ödənilməzsə və ucuzlaşma hazırki dinamika ilə davam edərsə 2 manatlıq psixoloji həddi keçiləcək. Proses belə davam edərsə, manatın kəskin ucuzlaşması baş verəcək. Bu zaman “qara bazar”da da kəskin ucuzlaşma hiss ediləcək. Və 2017-ci il ərzində manatın məzənnəsi 2.2-2.5 manat səviyyəsində formalaşacaq. Əks proses baş verərsə, yəni valyuta hərracına tələbə uyğun həcmdə dollar çıxarılarsa, bu zaman manatın qısa müddətdə 3-5% möhkəmlənmə ehtimalı var. Belə ki, dollarlaşma prosesi çərçivəsində xeyli dollar kütləsi yığılıb. Manatın psixoloji həddi keçməməsi dollarla bağlı bazarda təklifi artıracaq.
Ekspert hesab edir ki, Neft Fondunun Mərkəzi banka bu il üçün hesablanan transferləri valyuta hərracına kifayət qədər dollar çıxarmağa imkan verir. Bunu nəzərə alaraq demək olar ki, valyuta bazarına tələbə uyğun dollar çıxarılmaqla manat psixoloji həddi keçməyə bilər.(fins.az)