BolgeXeber.Com » Xəbərlər » Reynaldodan Azərbaycana vida - "Bir gün yenə qayıdacam"

Reynaldodan Azərbaycana vida - "Bir gün yenə qayıdacam"

27-01-2017, 12:38
Oxunub: 1 959 Reynaldodan Azərbaycana vida - "Bir gün yenə qayıdacam"Azərbaycan xalqını salamlayıram

“Azərbaycan xalqını salamlayıram. Orda olduğum müddətdə mənə hər zaman dəstək olan klub rəhbərlərinə, məşqçi heyətinə, komanda yoldaşlarıma, klubda çalışan hər bir kəsə və “Qarabağ” azarkeşlərinə minnətdarlığımı bildirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın sabiq futbolçusu Reynaldoya məxsusdu.
Braziliyalı legioner “İnstagram” sosial şəbəkəsində paylaşdığı statusda yazıb ki, heyətində 4 il oynadığı Ağdam təmsilçini daima xatırlayacaq: “Bu neçə ildə mənə doğmalaşan bir ölkədən ayrılmaq mənə doğurdan da çətindi. Buna baxmayaraq, çox yaxşı təəssüratlarla ayrılıram. Sizləri çox sevirəm, hər zaman ürəyimdə olacaqsız. Allahın köməyi ilə bir gün yenə də Azərbaycana qayıdacam!”.
Qeyd edək ki, Reynaldo bu gün Türkiyənin “Adanaspor” klubu ilə müqavilə imzalayacaq.