BolgeXeber.Com » Xəbərlər » Məşhur psixoloq Dəyanət Rzayev ATV aparıcısına ölümündən 4 gün əvvəl etiraf edib: " Bilirsən Zülfiyyə ....

Məşhur psixoloq Dəyanət Rzayev ATV aparıcısına ölümündən 4 gün əvvəl etiraf edib: " Bilirsən Zülfiyyə ....

27-01-2017, 15:16
Oxunub: 2 939 Məşhur psixoloq Dəyanət Rzayev ATV aparıcısına ölümündən 4 gün əvvəl etiraf edib: " Bilirsən Zülfiyyə ....Psixoloq Dəyanət Rzayev intihardan üç-dörd gün öncə dostu, vəkil, ATV telekanalında yayımlanan "Qanunla Biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova ilə görüşərək ona ölmək istədiyini söyləyib

Aparıcı vəkil BiG.AZ-a açıqlamasında bildirib ki, zəng edərək ona görüşmək istədiyini söyləyib: "Dəyanət gəldi, görüşdük, söhbətləşdik. Hər zamankı kimi...Dərtləşdik də, zarafatlaşdıq da... Söhbət arası mənə dedi ki, "Zülfiyyə, elə ölmək istəyirəm..."Mən onun bu sözünü zarafat kimi qəbul elədim. Hələ özüm də zarafata salıb dedim ki, "kvartalın axırıdı hara ölürsən?". Bu sözümdən sonra güldü. Sağollaşıb ayrıldıq. Yarıyoldan qayıdıb gəlib mənimlə yenə görüşdü. Dedi ki, "sən əsl dostsan, mərd xanımsan, qoy səninlə bir də görüşüm". Vallah onda ağlıma gəlməzdi ki, bu gözəl insan, peşəkar psixoloq, əsl dost olan Dəyanətlə son görüşümdür. Heç onda onun yarıyoldan qayıdıb mənimlə təkrar görüşməsinn fərqinə elə də varmadım... İndi düşünürəm ki, bu görüş onun dostları ilə son, vida görüşü imiş. Ona görə sağollaşıb ayrıldıqdan sonra bir də gəlib görüşürmüş. Bəlkə də, biz dostlarından ayrılmaq çətin imiş ona. Amma mən onun ölüm haqqında söylədiyini zarafat hesab elədim. Bəlkədə ciddi qəbul etsəydim, səbəbini soruşardım..."

Z. Bayramova deyib ki, Dəyanət Rzayev inanclı, namaz qılan şəxs olub: "Allaha yaxın olan insanın canına qıymasına inana bilmirəm. Yəqin ki, biz insanlar onu öz dərd-sərimizlə çox yüklədik, bizim dərdlərimizi daşıya bilmədi Dəyanət. Bizim dərdlərimiz imkan vermədi ki, öz dərdini danışıb yüngülləşsin. Gecədən bu yana yata bilməmişəm. Dost itkisini qəbul etmək çox çətindir. Allah rəhmət eləsin sənə əziz dost!".