BolgeXeber.Com » Xəbərlər » “O, pulların yazıçı Anara aid olduğunu deyirdi” - Dələduzluqda ittiham edilən şəxs

“O, pulların yazıçı Anara aid olduğunu deyirdi” - Dələduzluqda ittiham edilən şəxs

27-01-2017, 18:21
Oxunub: 2 059 “O, pulların yazıçı Anara aid olduğunu deyirdi” - Dələduzluqda ittiham edilən şəxs"Yazıçı” Nəşriyyatının rəhbəri Şəmsi Vəfadar yazıçı Anarın müşaviri Rauf Aslanova qarşı dələduzluq etməsi ilə bağlı iddialara cavab verib

Bolgexeber.com xəbər verir ki, Ş.Vəfadar Publika.az-a açıqlamasında Rauf Aslavdan borc aldığını təsdiqləyib. Lakin vəziyyətin onun iddia edildiyi kimi olmadığını deyib: “Mən Rauf Aslanovdan notarius vasitəsilə 20 min manat borc almışam. Hər aya görə 3 faiz də əlavə ödəniş etmişəm. Borcu manat hesabı ilə almışam, məzənnə dəyişəndən sonra onun tələbi ilə notariusa gedib müqaviləni yenilədik və mənim borcum dollarla göstərildi. Hər ay 900 dollar pul ödəmişəm, sonra isə bir dəfə 15 min və 5 min manat ödəyərək borcumu bağlamışam. Bununla bağlı əlimdə sənədlər də var. Mən ona olan bütün borclarımı ödəmişəm. Lakin ikinci devalvasiyadan sonra Rauf Aslanov ona əlavə 20 min manat da ödəməli olduğumu dedi. O, pulların gah Anarın, gah Fikrət Qocanın, gah da Çingiz Abdullayevin olduğunu deyirdi. Lakin Çingiz müəllimdən soruşdum bunu inkar etdi. Mən isə Rauf Aslanova hər dəfə borc müqaviləsini və ona ödənişlərimi xatırladırdım. Borcum olmadığını bildirirdim. Əgər etirazı varsa, məhkəməyə müraciət etməyi tövsiyə etmişəm. Mənim ödədiyim pulları sənədlər vasitəsilə təsdiq edə bilərəm. Onun da əlində sənəd varsa, mətbuata açıqlasın. Mən özüm hüquqşünasam, müqavilədə yazılanın hansı mənaya gəldiyini bilirəm".

Ş. Vəfadar bildirir ki, R. Aslanov uzun müddətdir sələmçiliklə məşğuldur və hər dəfə də borc verdiyi insanlara belə problemlər yaşadır: “Rauf Aslanov onlarla adamın evin, maşının bu qaydada əlindən alıb. Bu adamın işi sələmçilikdir. Yazıçılar hamısı ondan narazıdır. Özü sələmçiliklə məşğul olur, kənarda Anar müəllimin adından istifadə edir. Sələmə verdiyi pulların gah Anar müəllimin, gah da Ənvər Seyidovun olduğunu deyir. Təəssüf ki, mən bu problemləri borc götürəndən sonra bilmişəm. İndi saytlara açıqlamasında polisə müraciət etdiyini deyir, lakin bunun üçün polisə müraciət etməyə ehtiyac yoxdur”.