BolgeXeber.Com » Xəbərlər » Fransızlar İmişliyə işgüzar səfər etmişdirlər-FOTOLAR

Fransızlar İmişliyə işgüzar səfər etmişdirlər-FOTOLAR

27-01-2017, 20:37
Oxunub: 2 685  Fransızlar İmişliyə işgüzar səfər etmişdirlər-FOTOLARİmişli rayon İcra Hakimiyyətinin başçısı qonağın hədiyyəsi qarşılığında düşmənlərimizi inkişafımızla mat qoymaq rəmzi mənası daşıyan şahmat dəsti hədiyyə etdi

Bolgexeber.com xəbər verir ki,bu gün “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi”nin qrup rəhbəri Kristof Kordonye, Avropa İttifaqının “Azərbaycan Respublikasında Regional İnkişaf Pilot Proqramının həyata keçirilməsi üçün Texniki Yardım Lahyihəsi” üzrə belçikalı mütəxəssis Jan Söpik,eləcə də Faransanın ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şiterer və İqtisadiyyat şöbəsinin müşavirinin müavini Maksim Cebali İmişli rayonunda işgüzar səfərdə olmuşlar. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev qonaqları Rayon İcra Hakimiyyətində qarşıladıqdan sonra onları İmişli şəhər Heydər Əliyev Mərkəzinə dəvət etdi.Heydər Əliyev Mərkəzində qonaqlar Ulu Öndərə məxsus olan tarixi eksponatlar və şəkillərə xüsusi maraqla baxaraq bəziləri haqqında suallar verdilər.Suallara cənab Vilyam Hacıyev dolğun və ətraflı cavablar verdi.Daha sonra qonaqlar rayonun iş adamları ilə gələcək biznes əlaqələri qurmaq məqsədi ilə danışıqlar aparmaq üçün dəyirmi masa ətrafında görüşdülər.Dəyirmi masada VilyamHacıyev qonaqlara dəvəti qəbul edib gəldikləri üçün bir daha təşəkkür edərək rayonumuz haqqında ətraflı məlumat verdi.O bildirdi ki,bu gün İmişli rayonu Respublikanın inkişaf etmiş rayonlar arasında ön sıralarda yer almışdır.Rayonumuz öz daxili büdcəsi hesabına özünü maliyyələşdirir, hətda mərkəzi büdcəyə də əlavə ödənişlər edir edir. Rayon icra Hakimiyyətinin başçısı qonaqlarla möhtərəm prezidentimiz İlham Əliyevin rayonumuzun inkişafına xüsusi diqqət göstərdiyini və bunun nəticəsindədə İmişlidə son illər çox saylı sosial layihələrin həyata keçirildiyini bildirmişdir. Görüş zamanı tərəflər hər iki dövlətin prezidentlərinin düzgün xarici siyasəti nəticəsində dövlətlərimizin daha da, yaxınlaşması və yaxın gələcəkdə iqtisadi və biznes əlaqələrimizin yüksələn xətlə inkişaf edəcəyinə əmin olduqlarına bildirmişdirlər.
Vilyam Hacıyev görüş zamanı bildirdi ki, İmişli rayonunun imkanları daxilində fransalı iş adamlarına lazimi köməkliklər göstəriləcəkdir. Həmçinin o, rayonumuzdakı gənclərin fransız dilinə olan marağını nəzərə alaraq İmişli şəhər Gənclər Mərkəzində səfirliyin köməkliyi ilə fransız dili kursları açılmasının da mümkünlüyünü qeyd etdi.
Vilyam Hacıyev cənab prezidentin regionlarda yeni iş yerlərinin açılması məqsədi ilə xarici investorların rayonlara dəvəti barədə tapşırıqlarını da, qeyd etdi.
İmişli rayonu kənd təsərrüfatı rayonu olduğu üçün bu sahənin inkişafına xüsusi ilə diqqət verilir .Keçən il rayonumuzda pambıq və baramaçılığın inkişafına start verilmiş və bunun da yüksək nəticələr əldə edilmişdir.
Qonaqlar tərfdən nümayəndə heyətinə başçılıq edən “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi”nin qrup rəhbəri Kristof Kordonye ilk öncə hörmətlə qarşılandıqları üçün rayon rəhbərliyinə öz məmnunluğunu bildirmişdir.Daha sonra nitqinə davam edərək rayonun infrostrukturunu, yeni çəkilmiş yollarımızı və rayonun təmizliyini çox bəyəndiyini söyləmişdir.Xanım səfir Orelia Buşezin salamlarını çatdıraraq bu görüşə səfirin yüksək önəm verdiyini,əməkdaşlığımızın daha da gücləndirilməsinin vacibliyini bildirmişdir.İmişli rayonunun kənd təsərrüfatına önəm verdiyini nəzərə alaraq bu sahədə rayonun texniki avadanlıqlara və mütəxəssislərə olan ehtiyaclarını ödəməyə maraqlı olduqlarını qeyd etmişdir.
Fransız dilinin İmişli rayonunda tədrisinin çox mühüm əhəmiyyəti olmasının gənclərin fransız dilini bilməsi və gələcəkdə Fransada təhsillərini davam etdirməsinə çox böyük maraq yarada biləcəyini söyləmişdir.Buna görə də rayonda açılacaq kursları fransız dilini tədris edən müəllimlərlə və tədris vəsaitləri ilə təmin edə biləcəklərini bildirmişdir.
Daha sonra qonaq İmişlidə yaşayan fransalı xanım İbonna Bottoya göstərilən qayğıya görə respublika və rayon rəhbərliyinə minnətdarlığını bildirərək, fransalı xanım haqqında yazılmış kitabı rayon rəhbərinə hədiyyə etdi və İmişlinin Fransanın hər hası bir şəhəri ilə qardaşlaşmasını təklif etdi.İcra başçısı cənab Vilyam Hacıyev bu təklifin qarşılığında Fransanın Leon şəhərində ipəkçiliyin güclü inkişafına görə və rayonumuzda da ipəkçiliyin inkişafına start verildiyi üçün bu şəhərlə qardaşlaşmağının daha məqsədə uyğun olduğunu vurğulamışdır.
İmişli rayon İcra Hakimiyyətinin başçısı qonağın hədiyyəsi qarşılığında düşmənlərimizi inkişafımızla mat qoymaq rəmzi mənası daşıyan şahmat dəsti hədiyyə etdi.
Rəsmi hissədən sonra qonaqlar tanışlıq məqsədi ilə Gənclər Mərkəzi,İmişli şəkər Zavodu,Qaralar süd emalı məntəqəsi və İmişli Pambıq zavodunda oldular.
 Fransızlar İmişliyə işgüzar səfər etmişdirlər-FOTOLAR
 Fransızlar İmişliyə işgüzar səfər etmişdirlər-FOTOLAR
 Fransızlar İmişliyə işgüzar səfər etmişdirlər-FOTOLAR
 Fransızlar İmişliyə işgüzar səfər etmişdirlər-FOTOLAR
 Fransızlar İmişliyə işgüzar səfər etmişdirlər-FOTOLAR
 Fransızlar İmişliyə işgüzar səfər etmişdirlər-FOTOLAR