BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi müşavirələr keçirməkdə davam edir-FOTO

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi müşavirələr keçirməkdə davam edir-FOTO

30-01-2017, 12:05
Oxunub: 2 815 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi müşavirələr keçirməkdə davam edir-FOTORegional İdarə olaraq fəaliyyətə başladığı ilk gündən etibarən müxtəlif tipli mədəni-kütləvi tədbirlər təşkil edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bu dəfə də ilklərə imza atır

Belə ki, Regional İdarənin tabeliyində olan şəhər və rayon nümayəndəliklərinin müəssisələri ilə birlikdə müşavirələr təşkil edilir, müşavirə iştirakçılarını maraqlandıran suallara və məsələlərə aydınlıq gətirilir. Regional İdarənin Tərtər rayon nümayəndəliyində və Bərdə rayonunda keçirilmiş müşavirələrdən sonra növbətisi isə 24.01.2017-ci il tarixdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyində və 27.01.2017 - ci il tarixdə Regional İdarənin Yevlax şəhər nümayəndəliyində baş tutan müşavirələr oldu.

İlk olaraq Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirə Regional İdarənin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə keçirildi. İdarə rəisi əvvəlcə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə yaxından tanış oldu. Müşavirədə Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan musiqi və incəsənət məktəbləri, Tarix muzeyi, Rəsm Qalereyası, klub müəssisələri və kitabxana sisteminin filiallarının rəhbər işçiləri iştirak edirdi.

Müşavirədə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi ölkə rəhbəri Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixində Mədəniyyət və Turizm sahəsində aparılan strukturunun təkmilləşdirilməsi haqqında Sərəncamından geniş söz açdı. İdarə rəisi həmçinin, qeyd etdi ki,: - “Biz Mədəniyyət və Turizm işçiləri həmişə olduğu kimi möhtərəm cənab prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasəti dəstəkləməli və həmişə ona bu yolda sadiqlik nümayiş etdirməliyik.”

Müşavirənin gündəliyində olan məsələlərə toxunan İlyas Hacıyev onu da vurğuladı ki,:-“Bu il ölkəmizdə hörmətli cənab prezidentimizin Sərəncamı il “İslam Həmrəyliyi İli” elan olunub və biz də öz növbəmizdə bu həmrəyliyimizi nümayiş etdirərək müxtəlif mədəni-kütləvi tədbirlər təşkil etməliyik. Azərbaycan ölkəsi və xalqı həmişə olduğu kimi bu dəfə də bütün dünyaya örnək olmağı bacaracaqdır.”
Çıxışında Turizm sahəsindən söz açan Regional İdarənin rəisi bu sahəyə ölkə prezidentinin diqqətini xüsusi ilə vurğuladı. O qeyd etdi ki, mövcud şəraitə uyğun olaraq regionda turizm potensialı daha da artırılmalı və bu sahəyə yeni-yeni mədəni xidmətlər inteqrasiya olunmalıdır. İlyas Hacıyev o cümlədən Bərdə Turizm İnformasiya mərkəzindən söz açaraq Mingəçevir şəhərində yerləşən mədəniyyət və istirahət mərkəzləri ilə qarşılıqlı fəaliyyət göstərməyə çağırdı.
Müşavirənin gündəliyində duran əsas məsələlərdən biri isə məhz bu sahədə çalışan istedadlı gənclərin üzə çıxarılmasının vacibliyi idi. İlyas Hacıyev ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərdə, həmçinin müsabiqə və festivallarda iştirak üçün istedadlı kadrların hazırlanmasına göstəriş və tapşırıqlarını verdi.

Bundan başqa Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin məsləhətçisi Şəlalə Sadəddinova çıxış edərək yaradılan bu şəraitə görə ölkə başçısı prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə dərin minnətdarlığını bildirdi. Şəlalə xanım öz adından, həmçinin, mədəniyyət işçiləri adından yeni-yeni uğurlara imza atacaqlarına söz verdi.

Tədbirin sonunda Regional İdarənin rəisi İlyas Hacıyev müşavirə iştirakılarını maraqlandıran təklif və sualları cavablandırdı.
Regional İdarənin növbəti tədbiri İdarənin Yevlax şəhər nümayəndəliyində baş tutmuş müşavirə oldu. Müşavirədə Yevlax şəhər mədəniyyət və turizm sahəsində çalışan musiqi və incəsənət məktəbləri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, klub müəssisələri və kitabxana sisteminin filiallarının əməkdaşları iştirak edirdi.

Müşavirədə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev 2017-ci ilin ölkə başçısı Prezident İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan olunmasından və bu sərəncamla mədəniyyət və turizm sahəsində çalışan əməkdaşların qarşısında duran öhdəliklərdən ətraflı danışdı.

Daha sonra Prezident İlham Əliyevin 29 mart 2017-ci il tarixində imzaladığı Sərəncamdan danışan idarə rəisi bu Sərəncamdan irəli gələn məsələlərdən və qarşıda duran işlərdən məlumat verdi. O qeyd etdi ki, : - “Biz ölkə başçısı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin bizə verdiyi tapşırıqları layiqincə doğrultmalıyıq.”

Eyni zamanda o da vurğulandı ki, aparılan bu təkmilləşdirmə Mədəniyyət və Turizm sahəsinin birmənalı olaraq davamlı şəkildə inkişafına yönəlib. İdarə rəisi onu da qeyd etdi ki, bu baxımdan Mədəniyyət və Turizm sahəsində müsbət göstəricilər əldə olunacaqdır.

Bundan başqa müşavirə də UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin geniş təbliğ olunmasında göstərdiyi əvəzolunmaz rolundan söz açıldı. Bu irsə daxil olan maddi-mədəni irsimizdən lavaşbişirmə və paylaşma ənənəsindən, Lahıc misgərlik sənəti, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənətindən, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin çövkən-ənənəvi Qarabağ atüstü oyununun qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer almasından danışdı.

Müşavirədə müzakirə olunmuş digər məsələ mətbuatla əlaqələrin genişləndirilməsi barədə oldu. İdarə rəisi mütəmadi olaraq keçirilən tədbirlərin mətbuatda işıqlandırılmasını və tədbirlərə KİV nümayəndələrini dəvət etməyi tövsiyə etdi.

Növbəti qarşıda duran məsələlərdən biri düzgün iş prinsiplərinə əməl olunması haqqında oldu. İdarə rəisi qeyd etdi ki, bütün müəssisələr nəzərdə tutulmuş qaydalar çərçivəsinə öz işlərin qurmalıdırlar. İşlərində nöqsanlar aşkarlanan müəssisələr və işçilər barəsində isə ciddi tədbirlər görüləcəkdir.

Son olaraq müşavirə iştirakçıları ilə qarşılıqlı şəkildə diskursiya təşkil olundu. Onların fikir və təklifləri dinlənildi.

Müşavirədən sonra İdarə rəisi bir sıra mədəniyyət müəssisələrinə baxış keçirərək onların iş şəraiti ilə yaxından tanış oldu. Aşkar olunmuş nöqsanların həllinə isə tapşırıqlarını verdi. Eyni zamanda İdarə rəisi ciddi narahatçılıqlar olan yerlərə köməklik göstəriləcəyini bildirdi.

Müşavirə sonrası bir sıra mədəniyyət müəssisələrinə keçirilən baxış zamanı Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinə baş çəkən İdarənin rəisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təmir-bərpa işləri ilə yaxından tanış oldu. Aparılan işlərin gedişatı ilə maraqlanan İdarənin rəisi işin keyfiyyətli və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.
Bolgexeber.com