BolgeXeber.Com » Xəbərlər » "Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm" -Əsgərin dostları

"Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm" -Əsgərin dostları

30-01-2017, 17:02
Oxunub: 4 049 "Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm" -Əsgərin dostlarıOnu şəxsən tanıyan yaxınlarından biri Xanəli ilə bağlı bir xatirəsini bölüşüb

Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölüm xəbəri yayıldı. Yerli mətbuatda onun şəhid olduğu deyilsə də, Müdafiə Nazirliyi əsgərin intihar etdiyini açıqlayıb.

Bolgexeber.com "Qafqazinfo”-ya iatinadən xəbər verir ki, baş verən faciə ilə bağlı əsgərin yaxınlarının sosial şəbəkədəki paylaşımlarını toplayıb.

Onu şəxsən tanıyan yaxınlarından biri Xanəli ilə bağlı bir xatirəsini bölüşüb. Onun sözlərinə görə, Xanəli sevdiyi qızı kasıb olduğu üçün başqasına verdiklərinə görə özünü öldürmək istədiyini deyirdi:

"Bir qız istəyirdi. Qızın ailəsi kasıb olduğu üçün imtina etmişdi. Mənə yazdı ki, qızı mənə vermədilər. Çox pisəm. Bir aydan sonra yenə yazdı ki, bu gün onun toyudur. Özümü öldürmək istəyirəm. Zəng etdim, inboxda ona xeyli yazdım. Acıqlandım. Dedim belə etsən Allah qarşısında günahkar olasan... Kasıbçılığa söydü və internetdən çıxdı. Bir-iki ay sonra mənə təkrar yazdı ki, bir başqası ilə nişanlanmaq istəyir. Amma iş tapa bilmir. Dedim əsgər get, gəl mütləq sənə iş tapacam talış balası...”

Qeyd edək ki, Xanəlinin sosial şəbəkədəki paylaşımlarından onun ağır şərtlər altında yaşadığı və tez-tez kasıbçılıqdan gileyləndiyini diqqət çəkir. ***

Azərbaycan ordusunun əsgəri Xanəli Fəttayevin intihar etməsi barədə yeni faktlar ortaya çıxıb.

Missiya.Az-ın əsgərin qohumlarından əldə etdiyi məlumata görə, X.Fətəliyev ailəsi ilə arasında yaşanmış fikir ayrılığı səbəbindən intihar edib.

Məlumata görə, valideyinləri ona sevdiyi qızı almaq istəməyib. Bu səbəbdən əsgər depresiyaya düşüb və intihar edib.

Qeyd edək ki, ötən gün Xanəli Fəttayevin şəhid olması barədə məlumatlar yaylımışdı. Bu məlumat əsgərin yaxın qohumlar tərəfindən də təsdiqlənmişdi.



Amma bu gün səhər Müdafiə Nazirliyinin əsgərin şəhid olması barədə yayılan xəbərləri təkzib edib.

"Yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Nazirliyin açıqlamasında bildirilir ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub. "İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır".

Eyni zamanda sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik", - deyə məlumatda qeyd olunur.
"Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm" -Əsgərin dostları
"Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm" -Əsgərin dostları
"Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm" -Əsgərin dostları