BolgeXeber.Com » Xəbərlər » 20 gündür Laçın Rayon Mərkəzi Xəstxanasında istilik yoxdur

20 gündür Laçın Rayon Mərkəzi Xəstxanasında istilik yoxdur

1-02-2017, 15:22
Oxunub: 3 392 20 gündür Laçın Rayon Mərkəzi Xəstxanasında istilik yoxdur20 gündür Laçın Rayon Mərkəzi Xəstəxanasında istilik yoxdur

Karabakhmedia.az saytı xəbər verir ki, bu barədə məlumatı sayta Laçın Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları verib. Onların bildirdiyinə görə təxminən 20 gün əvvəl borca görə Xəstəxananın elektrik enerjisi kəsilib. 1 həftə əvvəl elektrik enerjisinin verilişi bərpa olunsa da Xəstəxanaya istiliyin verilməsi təmin olunmayıb. Xəstəxananın əməkdaşlarının verdiyi məlumata görə havaların soyuq keçməsi və istiliyin olmaması onların iş fəaliyyətini icra etməsinə ciddi problemlər yaradıb. Yaranmış problemlə bağlı dəfələrlə Xəstəxananın baş həkiminə və Laçın Rayon İcra Hakimiyyətinə müraciət olunsa da problemin həlli yönündə heç bir tədbir görülməyib.

Qeyd edək ki, Laçın Rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi və ətraf kəndlərdə məskunlaşmış Laçından olan məcburi köçkünlərə xidmət edir.