BolgeXeber.Com » Xəbərlər » DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub

DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub

1-02-2017, 15:45
Oxunub: 2 075 DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunubDaxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Bolgexeber.com xəbər verir ki, APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.

Əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.

DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.
DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub