Azərbaycanda ata böyrəyini satır - ''Uşağı acından öldürəsi deyiləm ki...'"
1-02-2017, 18:18
Oxunub: 1 974
Övladının ac qalmasına dözməyən ata daxili orqanını satmaq qərarına gəlib
Siyəzən rayon sakini Mahir İsmayılov Criminal.az saytına açıqlamasında bildirdi ki, azyaşlı oğlunu oğlunun ehtiyaclarını ödəyə bilmədiyindən çıxış yolunu böyrəyini satmaqda görür.
''Kimsə məni nə qınasın, nə də ələ salsın. Mən heç harda işləmədiyim üçün, daha doğrusu, iş tapa bilmədiyim üçün maddi vəziyyətim çox çətindir. Bir övladım var və onu saxlamağa imkanım yoxdur. İşsizəm. Ona görə də könüllü olaraq böyrəyimin birini təcili satıram''-deyə M.İsmayılov bildirdi.
Onun sözlərinə görə, təcrübəli sürücüdür, lakin dəfələrlə Məşğulluq İdarəsinə müraciət etsə də, nəticəsiz qalıb: ''Ailəmdən ayrılmışam. Uşağıma aliment verməliyəm. Bir neçə dəfə Məşğulluq İdarısinə müraciət etmişəm. 3-4 dəfə işsizliklə bağlı müavinət almışam. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm. Mənə ancaq süpürgəçilik təklif olunub. Mənə sürücü, mühafizəçi işləri olsaydı, ayda 200-300 manat maaşla uşağımı dolandırardım. 5 yaşlı uşağı acından öldürəsi deyiləm ki...''.
M.İsmayılov ailəsinin hazırda atasının pensiyası ilə dolandığını deyir. Lakin atası ağır yataq xəstəsi olduğundan sabah həmin pensiyanın da kəsiləcəyindən qorxur.
Məsələ ilə bağlı Siyəzən Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamaq istəsək də, telefonlara cavab verən olmadı.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər