Hadı Rəcəbliyə zərbə: “Xəzər Palace” “Palıdlı sahil”i çökdürdü - Şok təfsilat
2-02-2017, 11:33
Oxunub: 2 954
Deputat Hadı Rəcəblinin məşhur “Palıdlı sahil” istirahət mərkəzi durğunluq dövrünü yaşayır
Lənkəranda yerləşən obyektin işlərinin zəifləməsi həm iqtisadi böhran, həm də “Xəzər Palace” restoranı ilə əlaqədardır.
Millət vəkilinin istirahət mərkəzinə gedənlərin sayı kəskin şəkildə azalıb. Buna səbəb həm qiymətlərin yüksək olması, həm də xidmət səviyyəsinə görə “Xəzər palace”dan geri qalmasıdır.
“Palıdlı sahil” böhran içindədir. Bu da millət vəkilinin gəlirlərini azaldıb. Deputat maaşından şikayət edən və qaçqınlara ayrılan müavinətin məbləğini düzgün sayan, “piletkanı yandırıb, pəncərələri açırlar” deyən H.Rəcəblinin biznes gəlirləri aşağı düşüb.
“Xəzər Palace” restoranı Lənkəranda çox populyardır. Bu obyektin hoteli və hovuzu belə hazırdır. Turistlər əsasən yay mövsümündə gedir. Amma qış aylarında da “Xəzər Palace” restoranına gedənlər var. “Palıdlı sahil” isə çökməkdədir.
Bu 20 ildə deputat olan H.Rəcəbli nə lənkəranlı sakinlərin yanan barmağına su töküb, nə də rəhbəri olduğu komitə əhalinin sosial həyatında müsbətə doğru bir addım atıb. Əvəzində deputatın zaman-zaman insanları alçaldan, aşağılayan çıxışlarına rast gəlinib.
Onun yersiz açıqlamaları, seçiciləri və vətəndaşları qıcıqlandıran aşağılayıcı təklifləri, ölkənin sosial problemlər girdabında boğulmasına baxmayaraq sosial siyasətlə bağlı bayağı fikirləri, qırmızı yalanları hakimiyyəti də narazı salıb.
Onlarla dükanı, hektarlarla torpaq sahələri və s. mülkləri mövcuddur. Görəsən bu vəsaitlər populizmdən uzaq, Tağı Əhmədov kimi 40 illik maaş nəticəsində toplanıb?
Ayda 2 min manat maaş alan deputat izah versin ki, yüz minlərlə vəsait xərclədiyi həmin məkanları hansı populizmdən uzaq büdcədən əldə edib. Hadı Rəcəbli növbəti parlament seçkilərində deputatlığa namizəd olmayacaq.
Növbəti seçkilərə 4 il vaxt qalsa da, indidən lənkəranlı millət vəkilinin taleyi məlumdur. Ölkə rəhbərliyi artıq H.Rəcəblini deputat görmək istəmir və gələn seçkidə mandatsız qalacaq.
Bu məsələdən H.Rəcəbli özü də agahdır və qərarı ciddi reaksiya ilə qarşılamayıb. Çünki yaş senzini və kifayət qədər deputat olduğunu özü də dərk edib.regionxeberleri.com //
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər