BolgeXeber.Com » Xəbərlər » Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO

Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO

3-02-2017, 19:42
Oxunub: 6 856 Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTOKeçirilən tədbirlər içərisində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəlikləri və onalrın tabeliyində olan müəssisələrin xüsusi rolu vardır

Məlum olduğu kimi 2 fevalın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişir. Bugünki Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.

Bu günlərdə müxtəlif idarə və təşkilatlarda olduğu kimi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və İdarənin tabeliyində olan nümayəndəliklərdə də mədəni-kütləvi tədbirlər keçirilməkdədir. Keçirilən silsilə tədbirlər içərisində Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində baş tutan “Gənclik Gələcəyin Səsi” adlı konsert proqramını böyük maraq doğurdu. Konsertdə “Qarabağ” xalq çalğı alətləri ansambılının kollektivi iştirakçılara unudulmaz anlar yaşatdı. Konsert proqramı Bərdə Regional Mədəniyyət və Turimz İdarəsi və Bərdə rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə keçirildi.

Tədbirdə iştirak edən gənclərdən Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Fuad Əzizzadə və Yasin Əkbərov maraqlı və rəngarəng ifaları ilə gəncləri təbrik etdi.Bundan başqa Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin rəqs sinifinin şagirdi Rövşanə Əzizovanın ifa etdiyi rəqs nömrəsi alqışlarla qarşılandı.

Sonda fəaliyyətinə görə fərqlənən gənclərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.
Bərdə rayon Mədəniyyət Mərkəzi və mərkəzin filialları da həmçinin, 2 fevral Gənclər Gününü geniş şəkildə qeyd ediblər. Mərkəzin filiallarından olan Bala Göyüşlü kənd xalq yaradıcılığı evi, Böyük göyüşlü kənd folklore klubu, Yeni Əyricə kənd Mədəniyyət evi, Divanlı kənd xalq yaradıcılığı evi, Kələntərli kənd Mədəniyyət evi, Mehdixanlı kənd Folklor evi və digər klub müəssisələri bu tarixi-əlamətdar günün necə yaranmasından və hazırki inkişaf prosesindən geniş məlumat veriblər. Tədbirlər ənənəvi olaraq maraqlı konsertlə yekunlaşıb.

Keçirilən tədbirlər içərisində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəlikləri və onalrın tabeliyində olan müəssisələrin xüsusi rolu vardır.
Bunlardan Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan şəhər Mədəniyyət Mərkəzi və onun filialları - Şəhər Yaradıcılıq evi, Heydər Əliyev Sarayı və digər Şəhər klub işçilərinin 2 fevral gənclərgünü münasibəti ilə keçirdiyi “Gənclər cəmiyyətin avanqard qüvvəsidir"adlı tədbir proqramını göstərə bilərik.

Tədbir Yevlax şəhər Heydər Əliyev Sarayında əyləncəli verlişlər üçün nəzərdə tutulan xüsusi zalda keçirildi. Tədbirin musiqi çələngini Mədəniyyət Mərkəzinin nəznində fəaliyyət göstərən ”Kür" vokal estrada qrupu təqdim etdi. Tədbir zamanı bir– birini əvəz edən müğənnilər Orxan Əkbərov, Vasif Əsgərov, Rəşad Hüseynov rəngarəng şən mahnılarını tədbir iştirakçılarına ərməğan etdilər. Şəhər “Mədəniyyət evinin direktoru Respublikanın Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev Musa Yaqubun, Cabir Novruzun bir neçə şerini söyləyərək, şəhərin nümunəvi gənclərini təbrik etdi.
Regional İdarənin silsilə tədbirlərindən biri Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Heydər Əliyev Mərkəzində baş tutdu. Heydər Əliyev Mərkəzi və şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Gənclər bizim gələcəyimizdir” adı altında keçirilən dəyirmi masada mədəniyyət sahəsində çalışan fəal gənclər iştirak etdi.

Regional İdarənin Tərtər rayon nümayəndəliyində də 2 fevral gənclər günü qeyd olundu. Rayon Mədəniyyət Mərkəzinin və uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə maraqlı və rəngarəng musiqi nömrələri səsləndirildilərək iştirakçıların ruhunu oxşadı.
Bolgexeber.com
Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO
Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO
Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO
Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO
Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO
Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO
Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO
Bərdədə 2 fevral-Gənclər Günü geniş şəkildə qeyd edilib-FOTO